Icma.az
close
up
RU
Krediti olan şəxs işdən çıxarılsa nə baş verir? AÇIQLAMA

Krediti olan şəxs işdən çıxarılsa nə baş verir? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Kredit müqavilələri bağlandıqdan sonra şərtlərin dəyişdirilməsi yalnız müəyyən hallarda və tərəflərin razılığı əsasında mümkündür. Bəs, borcalanın maliyyə vəziyyəti pisləşdikdə, məsələn, işini itirdikdə və ya gəliri azaldıqda, bank hansı hallarda güzəştə gedə bilər və kredit şərtlərini yenidən nəzərdən keçirə bilər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, belə hallarda kreditin restrukturizasiyası tətbiq olunur. 
"Yəni şəxs iş yerini itiribsə və gəlir mənbəyindən məhrum olubsa, üç ay ərzində krediti ödəyə bilmədikdə banka müraciət edə bilər. Əgər o, hazırda işsiz olduğunu və gəlirinin olmadığını əsaslandıra bilirsə, bankla qarşılıqlı razılaşma əsasında kredit restrukturizasiya edilə bilər. Bu zaman çox vaxt aylıq ödənişlər minimuma endirilir, bəzən faizlər azaldılır və ya tamamilə ləğv olunur. Bəzi hallarda hesablanmış faizlər silinir, bəzən isə kapitallaşdırılaraq əsas məbləğə əlavə olunur. Daha sonra qalıq məbləğ müəyyən müddətə, məsələn, 12 və ya 24 aya bölünərək annuitet ödəniş cədvəli üzrə müştəri tərəfindən ödənilir. Praktikada ən çox tətbiq olunan forma məhz budur".
Ekspert bildirib ki, digər bir variant məhkəmə qərarı ilə bağlıdır. 
"Əgər məhkəmə kredit şərtlərinin dəyişdirilməsi barədə qərar qəbul edərsə və bu qərarın icrası banka yönəldilərsə, kreditin şərtləri dəyişdirilə bilər. Lakin bu hal praktikada nadir hallarda rast gəlinir. Əgər kredit müqaviləsində əvvəlcədən müəyyən güzəştlər nəzərdə tutulubsa, məsələn, 3 və ya 6 aylıq güzəşt müddəti və ya dəyişkən faiz şərtləri bu halda da ödənişlər həmin şərtlərə uyğun tənzimlənə bilər. Ümumilikdə isə güzəştin tətbiqi bankın səlahiyyətindədir və belə qərarlar konkret vəziyyətə uyğun olaraq fərdi qaydada qəbul olunur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see434

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see390

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see384

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see316

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see316

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see282

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see263

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see261

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see257

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see231

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see230

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see227

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see226

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see222

Mütəxəssisdən HPV xəbərdarlığı: Hər 5 nəfərdən 4 ü yoluxur

28 Avqust 2026 23:14see213

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see207

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see205

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see199

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see188

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri