Icma.az
close
up
RU
“Kreditim var, ödəyə bilmirəm... Bankların yaralı yeri: problemli kreditlərin məbləği artdıqca artır

“Kreditim var, ödəyə bilmirəm... Bankların yaralı yeri: problemli kreditlərin məbləği artdıqca artır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği 500 milyon manata yaxınlaşır. Məbləğ bir ay əvvəllə müqayisədə 3,5 faiz artıb və 496,6 milyon manata çatıb. Hərçənd, bu da vəziyyətin necə pisləşməsini tam əks etdirmir. Bankların açıqladığı statistikalardan ümumi məbləğ çıxaranda daha böyük rəqəmlərlə qarşılaşırıq. Yəni maliyyə müəssisələri daha çox problemli kreditlə üzləşdiklərini bildirirlər.

Bizimyol.info xəbər verir ki, ölkədə problemli kreditlərin məbləği ilin əvvəli ilə müqayisədə 13,4 faiz artıb. Keçən ilin eyni dövrü ilə müayisə etsək, buna yaxın göstərici görərik (12,8 faiz). Dekabrın 1-nə qədər vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib.

Problemli kreditlərin həcmini təkcə iki ay əvvəllə müqayisə edəndə 17 milyon artım diqqət çəkir. Belə görünür ki, əhali getdikcə krediti ödəməyə daha çox çətinlik çəkir. Sosial-iqtisadi vəziyyətin pisləşməsi özünü bu müstəvidə də göstərir.

Mütəxəssislər real gəlirlərin azalmasını həmişə xüsusi qeyd edir. Gerçək inflyasiya maaşların artımını istənilən halda geridə qoyur. Yəni rəsmi açıqlanan rəqəmlər gerçəkliyi əks etdirmir. Buna görə də kredit ödənişləri gecikir, ödənilməz hala gəlir.

İndi elə vəziyyət yaranıb ki, hökumət müdaxilə etməsə, zamanla daha ağır durumun şahidi olacağıq. Ölkədə kredit siyasəti mütləq dəyişməlidir. Hər şeydən əvvəl kredit faizləri aşağı olmalıdır. Ayrı-ayrı vaxtlarda belə imkan yaranır. Xüsusilə Mərkəzi Bank uçot dərəcəsini azaldanda həm də kreditləri ucuzlaşdırmaq fürsəti ortaya çıxır. Banklar isə həmin situasiyada adekvat addım atmır.

Maliyyə müəssisələri kredit faizlərini daha çox devalvasiya ehtimalına görə aşağı salmır. Reklamlarda sərfəli təkliflərdən danışılsa da, banka yaxınlaşanda faizin 22-28 arası dəyişdiyi məlum olur. Çünki bank yaxın gələcəkdə manatın dəyər itirmə ehtimalını nəzərə alır. Hesab olunur ki, xarici valyutalar bizim pula nisbətən azı 20 faiz güclənəcək. Bu halda aşağı faizlər riskli sayılır. Nəticədə əhali itirir. Real gəlirləri onsuz da azalan insanlar kreditləri ödəmək gücünü qoruya bilmir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see254

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see209

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see148

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see137

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see124

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri