Icma.az
close
up
RU
Kreditləri niyə ödəyə bilmirik? Əsas səbəblər

Kreditləri niyə ödəyə bilmirik? Əsas səbəblər

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Problemli kreditlərin artması həm bank sektorunda, həm də cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə vətəndaşların kredit ödənişlərində çətinlik çəkməsi iqtisadi və sosial faktorlarla əlaqələndirilir. Bəs, problemli kreditlərin kəskin artmasının arxasında hansı səbəblər dayanır və bu vəziyyət maliyyə bazarına necə təsir göstərir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, problemli kreditlərin artmasının bir çox səbəbləri var. 

Emin Kərimov


"Bunlara şəxsin iş yerini itirməsi, kredit yükünün həddən artıq çox olması, əməkhaqqında dəyişikliklər, ödəniş günlərinin dəyişməsi, ixtisarlar və ya işsizlik halları daxildir. Eyni zamanda gözlənilməz əlavə xərclərin yaranması da kreditlərin vaxtında ödənilməsinə mane ola bilər. Bankların kredit verərkən apardığı hesablamaların düzgün olmaması, risk meyarlarının daha yumşaq tətbiq edilməsi və bazar risk iştahasının yüksək olması da bu problemlərə səbəb ola bilər. Nəticədə şəxslərin ödəniş qabiliyyətində çətinliklər yaranır və bu, kredit şərtlərinin icrasında gecikmələrlə özünü göstərir".
Ekspert bildirib ki, bəzi hallarda iqtisadi və sosial dəyişikliklər də təsir edir.
"Məsələn, müəyyən sahələrdə maaşların gecikməsi, kütləvi ixtisarlar və ya əməkhaqqının azalması insanların kredit ödənişlərini çətinləşdirir. Problemli kreditlərin təhlili zamanı onların hansı sahələr üzrə daha çox yarandığını müəyyənləşdirmək də vacibdir, dövlət sektoru, özəl sektor və ya konkret sahələr üzrə. Bu cür seqmentləşdirmə səbəblərin daha dəqiq müəyyən edilməsinə kömək edir. Digər tərəfdən, subyektiv səbəblər də mövcuddur. Məsələn, şəxsin öhdəliklərinə məsuliyyətsiz yanaşması, kreditin başqa şəxs tərəfindən istifadə edilməsi, çoxsaylı kredit öhdəliklərinin olması və onların idarə olunmaması bu problemlərə yol aça bilər. Ailə xərclərinin artması və ümumi həyat şəraitində dəyişikliklər də əlavə risk yaradır".
Onun sözlərinə görə, plastik kartlar üzərindən verilən kreditlərdə də xüsusi risklər mövcuddur. 
"Çünki bu kreditlər revolver tipli olur, istifadə edildikcə limit bərpa olunur və yenidən istifadə edilir. Bu isə sonradan ümumi borcun idarə olunmasını çətinləşdirə bilər. Eyni zamanda problemli kreditlər sahə üzrə də fərqlənir. Məsələn, mikrokreditlər, biznes kreditləri və aqrar kreditlərdə müxtəlif risklər mövcuddur. Aqrar sahədə təbii fəlakətlər və quraqlıq nəticəsində məhsul itkisi, gəlir itkilərinə səbəb olur və bu da kreditlərin qaytarılmasına təsir göstərir. Biznes sektorunda isə devalvasiya, bazar daralması və digər iqtisadi çətinliklər kredit ödənişlərinə mənfi təsir edə bilər. Ümumilikdə, problemli kreditlərin yaranma səbəbləri çoxşaxəlidir və həm iqtisadi, həm sosial, həm də fərdi amillərlə bağlıdır. Hazırkı yanaşma da ondan ibarətdir ki, bu səbəblər sistemli şəkildə təhlil olunmalı və statistik olaraq sahələr üzrə araşdırılmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see167

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see166

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see161

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri