Kreditlərlə bağlı daha bir AÇIQLAMA KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan banklarında kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) kredit riskləri ilə bağlı son qərarını şərh edərkən bəyan edib.
Məlumata görə, noyabrın 9-dan qüvvəyə minəcək qərarın məqsədi bank sektorunda kredit risklərinin daha effektiv idarə olunması, borcalanların ödəmə qabiliyyətinin etibarlı qiymətləndirilməsi və prudensial tələblərin mövcud risklərə uyğunlaşdırılmasıdır.
Dəyişikliklər kredit risklərinin qiymətləndirilməsi və idarə olunması çərçivəsinin təkmilləşdirilməsinə, kreditləşmə prosesində tətbiq olunan yanaşmaların risk səviyyəsi ilə daha sıx uzlaşdırılmasına yönəlib. Bu çərçivədə davranış modelləri əsasında kreditləşmə üzrə tələblər və həmin kreditlər üzrə ehtiyatlandırma yanaşmaları təkmilləşdirilib. Məqsəd borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsi, risklərin adekvat nəzərə alınması və prudensial tələblərin mütənasibliyinin artırılmasıdır. Eyni zamanda, bu yanaşma risklərin effektiv idarə olunmasını təmin etməklə bankların kreditləşmə imkanlarının dəstəklənməsinə xidmət edir.
Digər dəyişikliklər aktivlərin təsnifləşdirilməsi zamanı risklərin daha dolğun nəzərə alınmasına, eləcə də nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərin kredit öhdəlikləri üzrə məlumatların qiymətləndirilməsi yanaşmalarının təkmilləşdirilməsinə yönəlib. Bununla yanaşı, istehlak kreditləşməsində zaminlik mexanizminə dair tələblərdə risklərin daha effektiv idarə olunması, borc öhdəliklərinin dayanıqlılığının qorunması və kredit təminatının etibarlılığının artırılması prinsipləri əsasında təkmilləşdirilib.
Dəyişikliklər borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsinə, davranış modellərindən irəli gələn risklərin daha səmərəli idarə olunmasına və bank sektorunda dayanıqlı kreditləşmə mühitinin dəstəklənməsinə yönəlib.
Baxış sayı:54
Bu xəbər 13 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















