Icma.az
close
up
RU
Kreditlərlə bağlı pis xəbər: risklər artır Mərkəzi Bankdan narahatedici hesabat

Kreditlərlə bağlı pis xəbər: risklər artır Mərkəzi Bankdan narahatedici hesabat

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin birinci yarısında bank olmayan kredit təşkilatları (BOKT) sektorunda maliyyə vəziyyəti pisləşib. Belə ki, sektorun aktivləri 3 faiz azalaraq 963 milyon manata düşüb, xalis kredit portfeli isə 6,3 faiz azalıb. Həmçinin BOKT-lar hesabat dövrünü 13,2 milyon manat zərərlə başa vurub. Nəticədə rentabellik göstəriciləri – ROA və ROE mənfi 2,7 və 2,9 faiz səviyyəsində formalaşıb. Ümumilikdə BOKT-ların maliyyə vasitəçiliyində rolu aşağı olaraq qalır.

BOKT sektorundakı bu geriləmə nə ilə bağlı ola bilər? Sektorun dayanıqlığının artırılması və kredit portfelinin keyfiyyətinin bərpası üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, BOKT-ların maliyyə durumunun zəifləməsinin əsas səbəbi kredit portfeli keyfiyyətinin aşağı olmasıdır:

“BOKT-lar əksər hallarda kiçik və orta sahibkarlara, həmçinin istehlak kreditlərinə fokuslanır. Makroiqtisadi şəraitin gərginliyi, eləcə də borcalanların ödəmə qabiliyyətinin zəifləməsi nəticəsində kredit portfellərində qeyri-icra olunan kreditlərin həcmi artıb. Bu, sektorun maliyyə dayanıqlığına birbaşa təsir edir. Digər səbəb likvidlik problemləridir. BOKT-lar depozit qəbul etmədiklərindən maliyyələşməni əsasən borc qaynaqlarından və ya xarici kapitaldan təmin edirlər. Bu isə kredit artımı ilə birlikdə ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsini çətinləşdirir. Üçüncü amil isə aşağı kapital bazasıdır. Kiçik maliyyə institutları iqtisadi və maliyyə şoklarına qarşı dayanıqsızdır. Hər hansı kiçik itki belə balansın pozulmasına səbəb ola bilər. Bundan əlavə, inflyasiya, valyuta dalğalanmaları, iqtisadi yavaşlama sektorda maliyyə vəziyyətini daha da pisləşdirir”.

İqtisadçı qeyd edib ki, BOKT-ların dayanıqlığını artırmaq və kredit portfelinin keyfiyyətini bərpa etmək üçün bir sıra strateji addımların atılması zəruridir:

“BOKT-lar kapitalını artırmalı, yeni səhmdar cəlb etməli və ya tənzimləyici kapital tələblərinə uyğun struktur islahatları həyata keçirməlidir. Eyni  zamanda kredit portfelinin keyfiyyətinin təhlili, borcalanların kredit qabiliyyətinin qiymətləndirilməsi və sektor üzrə risklərin diversifikasiyası da vacibdir. Kredit risklərinin vaxtında monitorinqi bu sahədə əhəmiyyətlidir. Qısamüddətli likvidlik ehtiyatlarının yaradılması, borc mənbələrinin diversifikasiyası və likvid aktivlərin artırılması BOKT-ların öhdəliklərini vaxtında yerinə yetirməsini təmin edər. Problemli kreditlərin restrukturizasiyası və ya satış yolu ilə balansdan çıxarılması, kredit reqlamentlərinin sərtləşdirilməsi, həmçinin icra olunan kreditlərin həcminin artırılması tövsiyə olunur”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri