Kreml: ABŞ bu raketləri Ukraynaya versə, müharibənin yeni mərhələsi başlayacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ Ukraynaya “Tomaqavk” raketlərini verərsə, gərginlik yeni mərhələyə keçəcək.
Turkustan.az xəbər verir ki, Peskov cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketləri verməyə qərar verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Moskvanın bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.
O, raketlərin Kiyevə çatdırılmasının Ukrayna ordusunun cəbhə xəttindəki mövqeyini dəyişməyəcəyini, əksinə, yeni eskalasiya dövrünə başlayacağını bildirərək, bu raketlərlə bağlı müxtəlif nüansların olduğunu qeyd edib:
"Söhbət nüvə qabiliyyətinə malik raketlərdən gedir. Ona görə də bu, həqiqətən də gərginliyin yeni mərhələsi olacaq".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















