Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Bəhram Bağırzadədən anası ilə bağlı paylaşım Fotolar

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Tramp Harvarda 30 gün vaxt verdi

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Kreml bu dəfə kimin başını yeyəcək?

Kreml bu dəfə kimin başını yeyəcək?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kubra Məhərrəmova yazır...

Rusiya tarixi qədim olduğu qədər də, qanlıdır. Özü də bu qanlı savaş təkcə sərhəddən kənarda, xarici düşmənlərə qarşı deyil, həm də öz ölkəsinə qarşı olub. Bəzən daxili savaşlar xüsusi amansızlıqla həyata keçirilib. 

Taxt-tac savaşları, inqilab və üsyanlar, çar və imperatorların devrilməsi,  öldürülməsi Rusiya tarixi üçün adi epizodlardır.  

Bir cəmiyyət ki, sonuncu imperatoru və onun ailə üzvlərini (azyaşlı uşaqlar olmaq şərti ilə) divara dayayıb güllələyirsə, məncə bu həmin cəmiyyətin əsl üzünü ifadə edir. 

Halbuki II Nikolay hakimiyyətdən imtina fərmanı imzalamışdı, sadəcə ailəsini xilas etməyə çalışırdı. İmperator ailəsinin faciəvi sonluğu isə hamıya bəllidir. Onları güllələməklə ürəyi soyumayan partiya hökuməti hələ onların məzarını itirmişdi. 70 ildən sonra DNA analizlərindən sonra imperator ailə üzvlərinin qalıqları müəyyən olunub torpağa tapşırılmışdı. Bu gün II Nikolayı Rus Pravoslav Kilsəsi müqəddəslər siyahısına əlavə edərək, onun ikonasını da yaradıb.  

Bəli, bu gün "Vozneseniya Qospodnya" məbədində II Nikolayın ikonası mövcuddur və insanlar o ikonadan mədət umurlar. 

Bəlkə də II Nikolayın ikonası qarşısında göz yaşı tökənlərin ulu babası Nikolayın uşaqlarının göz yaşına baxmadan qılıncdan keçirib. 

Bu, sadəcə balaca bir epizoddur. Əgər Rusiya tarixinə baş vursaq qanın, qəddarlığın içində ürəyimiz bulanacaq. 

Qayıdaq müasir tarixə. 

Özünü SSRİ-nin varisi elan etmiş Rusiya bu gün də imperialist düşüncə və həyat tərzindən uzaqlaşmaq niyyətində olmadığını nümayiş etdirir. 

Güc strukturlarının köməyi ilə hər zaman müəyyən nəticə əldə etməyə öyrəşmiş Rusiya üç ildir ki, Ukraynanın bataqlıqlarında həm özünü, həm də ordusunu batırır. 

Əgər ABŞ xüsusi xidmət orqanlarının məlumatlarına inansaq, Rusiya bu müharibədə milyonlarla canlı qüvvə və milyardlarla hərbi silah-sursat itirib. 

Ən son məlumata görə Rusiya Ukraynada texnikanın ən son vasitəsindən-eşşəklərdən istifadə edir. Bəli, bəli, görünür ordunun təchizatında problemlər o həddə çatıb ki, eşşəklər ordu üçün yük daşıyır. 

Onu qeyd etməliyik ki, üçillik müharibə zamanı orduya kütləni cəlb etmək üçün hökumət tərəfindən müxtəlif həvəsləndirici mükafatlar da təyin olunub. Məsələn, hər ölən əsgərin tabut puluna bir "Lada" avtomobili almaq olar.  

Hətta bu "uduşlu lotereya" haqqında 2022-ci ildə Rusiyanın "Rossiya-1" dövlət telekanalında təbliğat motivli süjet də hazırlanmışdı. Süjetdə oğlunu Rusiya-Ukrayna müharibəsində itirən atanın necə böyük xoşbəxtlik içində ölmüş oğlunun qan puluna aldığı "Lada" avtomobilinin gözəlliyindən və cəbhədə ölməyin "üstünlüklərindən" bəhs olunur. Ata tabut puluna aldığı ağ "Lada" ilə çəkiliş qrupu ilə birlikdə oğlunun dəfn olunduğu məzarlığa gedir. Ata qeyd edir ki, oğlu elə ağ rəngdə avtomobil arzu edirmiş.  

Və bu süjetdən belə çıxır ki, Rusiyada bir oğulun qiyməti elə bir "Lada"dır. "Tabut evinə, "Lada" qapına gəlsin" sloqanı bu "uduşlu lotereya" üçün məncə ən uyğun olanıdır. 

Rusiya ordusunda bu üç ildə nələrin baş verdiyini anlamaq üçün iki epizodu yadınıza salıram. 

Birincisi Ukraynada müharibəyə göndərmək üçün həbsdə olan cinayətkarların müqavilə əsasında orduya cəlb olunması. İkincisi isə Yevgeni Priqojinə məxsus "Vaqner" özəl hərbi şirkətinin Rusiya-Ukrayna müharibəsində iştirakı və rəsmi Moskvaya qarşı qiyamı. 

Əvvəla hekayəyə ondan başlayaq ki, Yevgeni Priqojin özü də dəfələrlə məhkumluq həyatı yaşamış, cinayətkar keçmişə malik idi. 

Həbsdən sonra o Sankt-Peterburqda restoran biznesinə başlamış və dolayısı ilə Rusiya prezidenti Vladimir Putinin baş aşpazına çevrilmişdi. 

Priqojinin restoranında dəfələrə Putin və digər ölkələrin başçıları qonaq olub, Priqojin şəxsən özü yüksəkrütbəli qonaqlara qulluq edib. 

Lakin Priqojinin menyusunda təkcə bahalı və ləziz yeməklər deyil, həm də yüksəksəviyyəli qonağı üçün qiyam da var idi. 

2023-cü ilin 23-24 iyun tarixlərində Rusiyada hərbi qiyam təşkil etdikdən iki ay sonra Priqojin və Dmitri Utkin "Embraer" təyyarəsinin qəzaya uğraması nəticəsində ölürlər. Hadisəni yaxından-uzaqdan izləyənlər isə təyyarənin vurulması nəticəsində qəzaya uğradığını qeyd edirlər. 

Bir haşiyə də çıxım ki, qiyamın fonunda Rusiya ordusu Ukraynada uğursuzluqlara məruz qalır, bu da öz növbəsində uzun illər Kremlin "gümbəzlərindən" biri olan Müdafiə Naziri Şoyqunun karyerasına da son qoyur. 

Bəzi etibarlı mənbələr isə təyyarənin vurulma əmrinin məhz elə Şoyqu tərəfindən verildiyi iddia olunur. 

Bu məqamı diqqətdə saxlayırıq. 

Qayıdaq ötən il baş verən ağır faciəyə. 

Bir müddət əvvəl təsdiqləndi ki, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarə Rusiya ərazisində, Qroznı üzərində uçarkən "Pantsir S-1" HHM sistemi tərəfindən vurulub. Özü də sərnişin təyyarəsinə iki dəfə atəş açılıb. 

Bu barədə daha ətraflı Caliber.az-da dərc olunan materialda qeyd olunur. 

Hadisə baş verdiyi andan rəsmi Bakı dəfələrlə açıq və qapalı kanallarla rəsmi Moskvaya bildirirdi ki, təyyarənin təsadüfən vurulması faktı məlumdur. Sadəcə cinayətkarlar cəzalandırılmalı, həyatını itirən və yaralanan şəxslərə kompensasiya ödənilməli və üzr istənilməlidir. 

Bakının bütün diplomatik qaydalara uyğun apardığı danışıqlara baxmayaraq rəsmi Moskva hələ də iki ayağını bir başmağa dirəyib ki, "biz deyən olacaq". 

Bəs rəsmi Moskva nə deyir? 

Rəsmi Moskva bütün mümkün və qeyri-mümkün vasitələrlə diqqəti baş vermiş faciədən uzaqlaşdırmağa çalışır. 

Rusiyada fəaliyyətdə olan azərbaycanəsilli biznesmen və iş adamlarını şantaj edir. 

Onların əmlak və bizneslərinin əllərindən alacağını bildirir. 

Eyni zamanda Rusiyada çoxsaylı Azərbaycandan miqrantlara qarşı zorakılıq və təhdidlərin çoxalması kampaniyası güc strukturları tərəfindən həyata keçirilir. 

Bu əmrin Kremlin hansı "gümbəzindən" gəldiyi isə maraq doğurur? 

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın əsas güc qrupunun zəifləməsi mütəmadi olaraq Kremlin öz problemlərini xarici böhranlar vasitəsilə həll etmək vərdişindən irəli gəlir. Hazırda dünyanın yarısı ilə davada olan Rusiya (iqtisadi-diplomatik) bu gün özü üçün yeni düşmən obrazı yaradır. Bu düşmən azərbaycanəsilli biznesmen və miqrantlardır. 

Bunu Rəsmi Moskvanın ruporları olan KİV-lər və onların sosial şəbəkələrində rahat müşahidə edə bilirik. 

Rusiyalı sosial şəbəkə istifadəçiləri bu xəbəri böyük coşqu və sevinclə qarşılayaraq, yaramaz və qaranlıq həyatlarının günahını azərbaycanlı iş adamları və miqrantlarda görürlər. 

Onların fikrincə həyatlarında heç nəyə nail olmayan Rusiya vətəndaşlarının qabağını kəsən elə azərbaycanlılar imiş. 

Rusiya KİV-da həm də o da deyilir ki, azərbaycanəsilli Rusiya vətəndaşları da Ukrayna cəbhəsinə göndərilməli və müharibədə məcburi iştirak etməlidirlər. 

Təbii ki, bunun  başqa adı yoxdur, Rusiya öz vətəndaş(lar)ını təhdid edir. 

Azərbaycan isə etnik mənsubiyyətindən asılı olmayaraq AZAL təyyarəsinin faciəvi məhvindən sonra iki rusəsilli Azərbaycan vətəndaşına Milli Qəhrəman adı verir. 

Və burada biz iki fərqli mənəviyyat və mədəniyyətin qarşı-qarşıya durmasını görürük.  

Hansının ağ, hansının isə əks qütbdə durduğu isə gün kimi aydın görünür. Lap AZAL təyyarəsinin "Pantsir S-1" HHM sistemi tərəfindən vurulması kimi aydın. 

Və yenə də bu hadisələr fonunda ənənəvi olaraq, Rusiya tarixinə məxsus məsələ gündəmə gəlir. Bu dəfə Kremlin "gümbəzlərindən" hansı daha güclü olacaq və bu dəfə kim "Qırmızı meydanda" edam olunacaq?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see123

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see118

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see112

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see112

Bəhram Bağırzadədən anası ilə bağlı paylaşım Fotolar

29 May 2025 11:02see111

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see111

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see111

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see110

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri