Icma.az
close
up
RU
Kreml Cənubi Qafqazla bağlı NATO mesajı verdi: Rusiya region dövlətlərini işğal ilə hədələyir

Kreml Cənubi Qafqazla bağlı NATO mesajı verdi: Rusiya region dövlətlərini işğal ilə hədələyir

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kremlin Azərbaycan və Ermənistana yönəlik NATO ilə əməkdaşlığın dərinləşməsinin risklərinə vurduğu eyham, dolayısıyla Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşa işarədir... Rusiya bununla, Cənubi Qafqaza qarşı da oxşar addımlar ata biləcəyini qabardaraq, region dövlətlərini dolayısı ilə təhdid etməyə çalışır...

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, Cənubi Qafqazda geopolitik qarşıdurma artıq bu regionun sərhədlərindən kənara çıxmağa başlayıb. Belə ki, Cənubi Qafqaza birbaşa aidiyyatı olmayan kənar qlobal güclər artıq amansız mübarizə içərisindədirlər. Üstəlik, bu amansız mübarizə məhz region dövlətlərinə sərt təzyiq cəhdləri ilə müşayiət olunmaqdadır. Və bu baxımdan, Cənubi Qafqazın hazırda olduqca önəmli tarixi mərhələdən keçməkdə olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda situasiya Rusiyanın yenidən bu regionda öz təsir mexanizmlərini bərpa etmək niyyətinə düşməsidən sonra daha da gərginləşib. Hər halda, Kreml bu regionda öz əvvəlki mövqelərini geri qaytara biləcəyinə hələ də ümidlidir. Ona görə də, Rusiyanın geopolitik təsir faktorlarını bu regiona yönəltməyə cəhd göstərir. Və bu, ilk növbədə region dövlətlərinə qarşı təhdid xarakteri daşıyan təzyiq kampaniyasına çevrilməyə başlayıb.

Məsələ ondadır ki, hazırda heç bir region dövləti Rusiyanın orbitində yer almağa həvəsli deyil. Əksinə, indi region dövlətləri böyük ölçüdə Rusiyanın təsir dairəsindən çıxmış kimi görünürlər. Halbuki, Kremlin hələ də Cənubi Qafqaza təsir mexanizmləri mövcuddur. Xüsusilə də, Gürcüstan və Ermənistan Rusiyanın təzyiqlərinə həssasdır. Çünki Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya bölgələri üzərindən Rusiyanın göstərdiyi təzyiqlərə müqavimət sistemi qurmağa nail ola bilməyib.

Ermənistan isə Qərbə inteqrasiya siyasəti yürüdür. Ancaq rəsmi İrəvan bu prosesdə ABŞ və Qərbdən ümid etdiyi dəstəyi yetərli səviyyədə ala bilmir. Üstəlik, Rusiyanın Ermənistanda hərbi bazaları da mövcuddur. Buna əlavə olaraq, Kreml erməni kilsəsini və radikal-revanşist siyasi düşərgəni də öz nəzarətində saxlayır. Bu önəmli təsir mexanizmləri Rusiyaya Ermənistanda ölkədaxili situasiyanı hər an qarışdırmaq imkanları verir.

Digər tərəfdən, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyanın nəzarəti altındadır. Kreml bu asılılığı hər an Ermənistanın əleyhinə istifadə etmək şansına malikdir. Ona görə də, Qərbdən umduğu maliyyə-iqtisadi dəstəyi ala bilməyən Ermənistan Rusiya qarşısında müdafiəsiz qalmış kimi görünür. Və bu, Rusiya üçün Ermənistana öz geopolitik iradəsini qəbul etdirmək baxımından, həlledici faktorların sırasını daha da genişləndirə biləcək önəmli məqamdır.

Azərbaycan isə Rusiya üçün demək olar ki, tamamilə əlçatmazdır. Çünki Azərbaycan ərazisində Rusiyanın hərbi iştirakını təmin edəcək heç bir obyekt yoxdur. Azərbaycan iqtisadiyyatı Rusiyaya bağlı deyil. Rəsmi Bakı Azərbaycanın Rusiyadan bütün istiqamətlər üzrə asılılıq faktorlarını aradan qaldırmağa nail olub. Və hazırda Azərbaycan həm Rusiyadan, həm də digər qlobal güc mərkəzlərindən asılı olmayan müstəqil xarici siyasət yürütmək imkanlarına sahibdir.

Eyni zamanda, Azərbaycan NATO-nun avanqard ölkələrindən olan Türkiyə ilə strateji müttəfiqdir. Bu önəmli faktor Rusiyanın Azərbaycana təzyiq planlarını boşa çıxarır. Eyni zamanda, Azərbaycanın qlobal məkanda mövqeləri də ciddi şəkildə güclənməyə başlayıb. Üstəlik, rəsmi Bakı NATO ilə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini də inkişaf etdirməkdən qətiyyən çəkinmir. Və bu, Kremldə ciddi şəkildə narahatlıq doğurur.

Məsələ ondadır ki, ABŞ və Qərblə qarşılıqlı münasibətlərini yeni mərhələyə keçirməyə başlamış Azərbaycana təsir mexanizmlərinin qalmadığını indi Kremldə tam dəqiqliyi ilə anlayırlar. Üstəlik, onu da anlayırlar ki, Azərbaycana təzyiq mexanizmləri olmadan Rusiyanın Cənubi Qafqazda mövqelərini geri qaytarmaq qətiyyən mümkün olmayacaq. Çünki Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik itadə sahibidir. Və bu regionda yalnız Azərbaycanın strateji tərəfdaşlarına "fəaliyyət pəncərəsi" açıla bilər.

Təbii ki, bütün bunlar Kremldə olduqca ciddi qıcıq yaradır. Ona görə də, rəsmi Bakıya təzyiq göstərə bilməyən Rusiya siyasi dairələri Azərbaycanı açıq və ya dolayısı yolla təhdid etməklə, situasiyanı dəyişə biləcəklərinə ümid bəsləyirlər. Və Rusiya Xarici işlər Nazirliyindən Azərbaycana yönəlik son dolayısı təhdidlər buna örnək sayıla bilər.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərindən Kremlin narahatlığını ifadə edib. Onun sözlərinə görə, Kreml Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı riskləri tam şəkildə nəzərə aldıqlarına ümid edir. Kreml rəsmisi hesab edir ki, NATO Cənubi Qafqazın təhlükəsizliyinə təhlükə törədir. Onun fikrincə, Qərbin əsas məqsədi regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaqdır.

Ola bilsin ki, Qərbdə Cənubi Qafqazın qarışdırılmasına cəhd göstərən dairələr mövcuddur. Ancaq Rusiya belə bir təhlükə barədə region dövlətlərinə xəbərdarlıq ediləcək dövlət deyil. Hər halda, çar Rusiyasından üzü bəri Kremlin Cənubi Qafqaza hansı fəlakətləri "hədiyyə" etdiyi hər kəsə məlumdur. Üstəlik, Kremlin icad etdiyi "erməni separatizm layihəsi"ni Azərbaycan cəmisi bir neçə il əvvəl ləğv etməyə imkan tapıb. Və indi Rusiyanın bu regiona qarşı təhlükələrdən narahat olması məntiqsiz görünür.

Əslində, Kreml təmsilçisinin açıqlamasında Azərbaycan və Ermənistana yönəlik üstüörtülü təhdid mesajı mövcuddur. Belə ki, NATO ilə əməkdaşlığın dərinləşməsinin risklərinə vurulan eyham dolayısıyla Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşa işarədir. Kreml bu savaşa Ukraynanın NATO ilə inteqrasiya kursu yürütməsini bəhanə gətirərək, başlamışdı. Və indi Kreml Rusiyanın Cənubi Qafqaza qarşı da oxşar addımlar atmalı ola biləcəyi ilə bağlı riskləri xatırladaraq, region dövlətlərini təhdid etməyə çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 İyun 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see258

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see213

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see180

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see172

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see166

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see146

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see141

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see139

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri