Icma.az
close
up
RU
Kreml danışıqların uğursuz olacağının siqnalını verir “ABŞ nin “sülh konturları” qeyri real sənədə çevrilə bilər”

Kreml danışıqların uğursuz olacağının siqnalını verir “ABŞ nin “sülh konturları” qeyri real sənədə çevrilə bilər”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Londonda baş tutacaq Ukrayna üzrə qarşıdan gələn sülh danışıqları fonunda Rusiya təbliğatı tərəfindən danışıqlara dair pessimist əhval-ruhiyyə yaradılır. 

“AzPolitika” xəbər verir ki, Kremlin təbliğat maşını sözügedən danışıqların müsbət nəticə verəcəyini şübhə altına alır və bununla bağlı sərt siqnallar verir. Maraqlıdır ki, bu prosesə Vladimir Putinin ABŞ ilə danışıqlarda xüsusi nümayəndəsi olan Kirill Dmitriyev də qoşulub.

Rusiyanın əsas müzakirəçilərindən biri olan Kirill Dmitriev “Rossiyskaya qazeta”nın dərc etdiyi və Moskvanın rəsmi mövqeyini əks etdirən məqaləni öz sosial şəbəkə səhifəsində yayımlayaraq, oradakı fikirlərə qatıldığını nümayiş etdirib.

Dmitriyevin paylaşdığı məqalədə deyilir ki, danışıqlar zamanı “təmiz vərəq”dən başlaya biləcək yeni “sülh planı” Rusiyanın maraqlarını nəzərə almazsa, Moskva bunu qəbul etməyəcək. Belə olan halda danışıqlar nəticəsiz qalacaq və “ABŞ-nin təklif etdiyi “sülh konturları” qeyri-real sənədə çevriləcək”.

Məqalə müəlliflərinin fikrincə, danışıqlarda təkcə ABŞ, Britaniya və Fransa nümayəndələrinin deyil, həm də Volodimir Zelenskinin üç müşavirinin iştirakı xüsusi narahatlıq doğurur ki, bu da Kremlin fikrincə, Vaşinqtonun səylərini boşa çıxaracaq. Nəşr açıq şəkildə bildirir ki, danışıqların uğursuzluğu “Tramp üçün ictimai uğursuzluq” olacaq.

Bundan əlavə, müəlliflər istisna etmirlər ki, razılaşmalar pozularsa, ABŞ prosesdən çıxa və Ukraynaya yardımı dayandıra bilər. Bu da həm Kiyev, həm də Avropa ölkələri üçün vəziyyəti xeyli çətinləşdirəcək.

Rusiya üçün əsas sayılan tələblərə gəlincə, məqalədə qeyd olunur ki, bunlar Krımın Rusiya ərazisi kimi tanınması və Ukraynanın NATO-ya üzv olmaqdan imtinasıdır.

Qərb mediasının əvvəllər yazdığı kimi, məhz bu şərtlər ABŞ sülh planının əsas müddəalarıdır. Lakin Kremlin bu həftə baş tutacaq danışıqlara münasibəti göstərir ki, Moskva onların uğurlu alınmasında maraqlı deyil…

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri