Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Sülh prosesi bir andaca qanlı döyüşlərə çevrilə bilər ŞƏRH

Sülh prosesi bir andaca qanlı döyüşlərə çevrilə bilər ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistan təlimatlar əsasında hərəkət edir


Sistemli silahlanma o deməkdir ki, Ermənistan Azərbaycana qarşı revanş imkanını gözləməkdədir


Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Son günlər Ermənistan silahlı qüvvələri şərti sərhədlərdəki mövqelərimizi intensiv atəşə tutur. Ötən gün erməni silahlıları Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərindən mövqelərimizi atıcı silahlardan fasilələrlə atəşə məruz qoyublar. Müdafiə Nazirliyi məlumat yayıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Məsələ ondadır ki, danışıqlar prosesinin intensivləşdiyi, sülhdən danışıldığı ərəfədə Ermənistanın təxribatlara əl atmasına, prosesə mane olmasına artıq öyrəşmişik. İrəvan 30 ildir eyni metodologiyadan istifadə edir. Ermənistan tərəfi sazişin imzalanması ilə bağlı israrçı mövqedədir. Azərbaycan tərəfi isə sülh müqaviləsinin imzalanması üçün əsaslı şərtlərini gündəmə gətirir. Rəsmi Bakı Konstitusiya dəyişmədən, ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciət edilmədən sülh sazişinin imzalanmayacağını vurğulayır. Bir sıra ekspertlərə görə, Ermənistanın davamlı təxribatlarında da məqsəd sülh prosesində Bakıya beynəlxalq təzyiq göstərilməsinə nail olmaqdır. İstənilən halda Ermənistan bu cür təxribatlarla gərginliyi artırır və danışıqlar prosesinə zərbə vurur. Ən əsası isə özünü çətin duruma salır. 


Siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan mahiyyət etibarı ilə ənənəvi davranışlarına sadiqlik nümayiş etdirir. Professor vurğulayıb ki, sülhdən danışan keçmiş münaqişə subyekti heç bir halda sistemli şəkildə silahlanmamalı, hərbi cəhətdən təchiz edilməməlidir: 


"Biz müşahidə edirik ki, Ermənistan davamlı silahlandırılır, təlimlər keçirilir. Fransa, Hindistan və digər ölkələrdən silahlar alırlar. Bundan öncə ABŞ ilə birgə hərbi təlimlər keçirmişdilər. Əsas məqsəd nəyin bahasına olursa-olsun, münaqişənin sanki hələ də davam etdiyi təəssüratını formalaşdırmaqdan ibarətdir. Belə olan halda ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsi üçün də əsaslar ortaya qoymağa çalışırlar. Halbuki, Azərbaycan tərəfinin birmənalı şərtlərindən biri odur ki, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycanın birgə müraciəti əsasında fəaliyyətini dayandırsın. İrəvan hökuməti isə bu cür davranış sərgiləməklə Minsk qrupunun qalmasında maraqlı olduğunu göstərir. Oan görə maraqlıdır ki, Minsk qrupunun fəaliyyətinin dayandırılması Azərbaycanın yaratdığı yeni reallıqların bir daha təsdiqi olacaq. Bu, Ermənistanın və onun havadarlarının maraqlarına cavab vermir. Paşinyan hökuməti münaqişə elementlərinin qalmasında marağını gizlətmir. Azərbaycanın haqlı tələblərini icra etməklə sülh müqaviləsinin imzalanmasından yayınmaq imkanını saxlamağa çalışır. Bir yandan sülh ritorikasına üstünlük verir, digər yandan təxribatlara əl atır. Əslində, Ermənistan bunu hər zaman edib. Keçmiş münaqişə vəziyyətində də Ermənistan sülhdən çox danışsa da, Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edirdi". 


E.Mirbəşiroğlu vurğulayıb ki, Ermənistan təlimatlar əsasında hərəkət edir: 

"Yəni Ermənistanı dəstəkləyən Qərb dairələri İrəvandan tələb edirlər ki, gərginlik elementlərni saxlasın. Əgər belə bir element yoxdursa, onu özü yaratsın. Gərinlik Qərb ölkələrinə Cənubi Qafqaza müdaxilə etmək üçün çox vacibdir. Razılaşdırılmış məqam ondan ibarətdir ki, sərhəddə üçüncü tərəfin hansısa qüvvəsi olmasın. Ermənistan nəhayət Azərbaycanın bu şərti ilə razılaşdı. Amma biz bilirik ki, Ermənistan ərazisində Avropa İttifaqının "mülki missiyası" var. Hamı bilir ki, bu, iddia edildiyi kimi "mülki missiya" deyil. Missiyanın tərkibi Fransa, Almaniya və digər dövlətlərin güc təmsilçilərindən ibarətdir. Əslində onlar şərti sərhədlərdə kəşfiyyat, diversiya fəaliyyətini həyata keçirirlər. Bir çox hallarda dolayısı ilə Ermənistanın təxribatlarının iştirakçısı olurlar. Ona görə də Ermənistan şərti sərhədlərdə zaman-zaman təxribatlar törədir. Məqsəd Qərbə regionda öz mövcudluğunu təmin etmək üçün onun istədiyi şəraiti yaratmaqdır. Heç bir halda Ermənistanın sülh ritorikasını səmimi qəbul etmək olmaz. Ermənistan səmimi olsaydı, tez zamanda Konstitusiyasında dəyişiklik edər, Minsk qrupunun ləğvinə dair birgə müraciətdən qaçmazdı. Bununla yanaşı, sistemli silahlanmadan imtina edərdi. Əgər bunları etmirsə, deməli, Ermənistan Azərbaycana qarşı revanş imkanını gözləməkdədir. O baxımdan düşməni olduğundan daha zəif duruma salmaq lazımdır. Ermənistanı aciz durumda saxlamalıyıq ki, baş qaldırmaq iqtidarında olmasın. Azərbaycanın malik olduğu güc mövqeyi sülh gündəliyini irəli aparan əsas qüvvədir. Məhz bu qüvvəyə istinad edərək irəli getməliyik". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2025 06:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri