Icma.az
close
up
RU
Kreml elitası nəyi hədəfləyib?

Kreml elitası nəyi hədəfləyib?

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiyanın Baş prokuroru İqor Krasnov Rusiya Federasiyasının Ali Məhkəməsinin boş olan sədri vəzifəsinə təyin olunmaq üçün müraciət edib. Bu barədə TASS agentliyi xəbər yayıb. Məlumata görə, Ali Məhkəmənin sədri Rusiya Prezidentinin təqdimatı ilə və Ali Kvalifikasiya Hakimləri Kollegiyasının müsbət rəyi əsasında Federasiya Şurası tərəfindən altı illik müddətə təyin edilir. Krasnovun Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini tutan Dmitri Medvedevlə münasibətləri normal deyil. Medvedev uzun müddətdir ki, məhkəmə sistemini öz nəzarətində saxlayır. Rusiya mediası onun özünün də Konstitusiya Məhkəməsinin sədri olmaq üçün çalışdığı barədə iddialar səsləndirirdi. Hazırda onun Təhlükəsizlik Şurasındakı vəzifəsi məşvərətçi statusa malikdir. Keçmiş prezident Rusiya - Ukrayna mübarizəsindən sonra Qəribə qarşı sərt ritorikası ilə diqqət çəkir və son proseslərdə olduqca fəaldır. Bu da onun yenidən Kremlə qayıdacağı barədə iddiaların meydana çıxmasına səbəb olub. Hazırda namizədliyi müzakirə edilən İqor Krasnovun Ali Məhkəmənin sədri seçiləcəyi dəqiqdir. Bu isə Rusiya prokurorluq orqanlarının məhkəmə üzərində nəzarətinin güclənməsinə xidmət edir. Yeni təyinat onu göstərir ki, istintaq orqanı ilə qərar vermə stansiyası bir mərkəzdə birləşir. Bu bir tərəfdən Medvedevin məhkəmə sistemində gücünü zəiflədir, digər tərəfdən isə hüquq sisteminin bir əldə birləşməsinə kömək edir. Sabiq prezident Konstitusiya Məhkəməsini əlində saxlamaq üçün şəxsən özünün məhkəmə sədrliyi barədə mediya vasitəsi ilə təbliğat da aparırdı. Konstitusiya Məhkəməsi ümumi dövlət nəzarətini həyata keçirmək və Kremlə gələcək şəxsin kimliyində hüquqi cəhətdən də olsa rol oynamaq baxımından önəmlidir. Ancaq İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Konstitusiya Məhkəməsinin sədri olmaq istəməsi mübarizəni daha da qızışdırır. Bastrıkin uzun illərdir Vladimir Putinə yaxın bir fiqur kimi tanınır və onun istintaq sahəsində güclü səlahiyyətləri var. Lakin Putin onun İstintaq Komitəsindəki səlahiyyətlərini daha 1 il uzatdı. Bu da onun Konstitusiya Məhkəməsi ilə bağlı başqa planlarının olduğunu göstərir. Davam edən bu mübarizə əlbətdə ki, sadəcə “hakimlik eşqi” deyil. Bu həmdə Kremlə gedən yolun başlanğıcıdır. Kim məhkəmə sisteminə nəzarət edirsə, o həm rəqibləri zərərsizləşdirə, həm də hüquqi manevrlərlə siyasi sahədə gücünü qoruyub saxlaya bilər.
Zeynal Əmrəliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Avqust 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri