Kreml: Gerasimov Putinə Kiyevdəki hərbi obyektlərə kütləvi zərbənin nəticələrini məruzə edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya ordusu Baş Qərargah rəisi Valeri Gerasimov bu səhər telefonla Prezident Vladimir Putinə Ukraynaya kütləvi zərbənin nəticələri barədə məruzə edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Gerasimov Putinə gündəlik brifinqində Rusiya ordusunun Kiyevə və digər yaşayış məntəqələrinə kütləvi cavab zərbəsinin nəticələri barədə məlumat verib.
Putinin sözçüsü “yalnız hərbi və ya hərbiləşdirilmiş hədəflərə zərbələr endirildiyini” qeyd edib.
Kreml rəsmisi əlavə edib ki, Putin Baş Qərargah rəisi ilə demək olar hər gün təmasdadır, lakin adətən bu barədə ictimaiyyətə məlumat verilmir.
Bu mövzuda digər xəbərlər:Gerasimov Putinə məruzə etdi KONKRET
16 Oktyabr 2026 22:33
Gerasimov bu şəhərlərin tutulduğu barədə Putinə məruzə edib
02 Dekabr 2025 09:17
Gerasimov Putinə məruzə etdi: Bu şəhər mühasirədədir...
26 Oktyabr 2025 10:48
Gerasimov Putinə məruzə etdi: Strateji şəhər ƏLƏ KEÇİRİLDİ
16 Oktyabr 2026 23:33
Gerasimov Putinə olmayan qələbələr qazandırdı...
31 Avqust 2025 20:06
Baxış sayı:168
Bu xəbər 02 İyul 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















