Icma.az
close
up
RU
Kreml Paşinyanın “qələmini qırmaq”da israrlıdır: Ermənistan üçün “fəlakət ssenarisi” sürətlə yaxınlaşır

Kreml Paşinyanın “qələmini qırmaq”da israrlıdır: Ermənistan üçün “fəlakət ssenarisi” sürətlə yaxınlaşır

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan üçün hazırda aktual olan geopolitik tarazlıq siyasətinin davam etdirilməsi getdikcə çətinləşir, rəsmi İrəvan indi Rusiya və Qərb arasında “strateji ziqzaq” dövrünü yaşayır... Rəsmi İrəvan ya suveren qərarvermə iddiasını qorumaq üçün Qərblə yaxınlaşmanın doğurduğu risklərlə barışmalıdır, ya da iqtisadi və təhlükəsizlik reallıqları səbəbindən Rusiyanın orbitində qalmaqda davam etməlidir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq taleyüklü mərhələyə keçid edib. Belə ki, həm Paşinyan hakimiyyəti, həm də müxalif düşərgə hazırda bütün resurslarını siyasi mübarizədə üstünlük qazanmağa yönəldib. Paşinyan hakimiyyəti Rusiyameylli müxalifət düşərgəsinə qarşı həlledici savaşa başlayıb. Rusiyanın agentura şəbəkəsinə daxil olan “erməni üçlüyü”nə qarşı Paşinyan hakimiyyətinin bütün istiqamətlər üzrə siyasi və hüquqi hücumları rəsmi İrəvanın Kreml ilə münasibətlərini də maksimum həddə qədər gərginləşdirib. Və hətta bu gərginliyin açıq qarşıdurma mərhələsinə keçə biləcəyi də qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qərb mərbuatına verdiyi son açıqlamalarda iki müttəfiq dövlət – Ermənistan və Rusiya arasındakı münasibətlərin artıq ən gərgin mərhələdə olduğuna işarə edir. Erməni nazir Rusiya mediasının və siyasi dairələrinin Ermənistanın suveren qərarlarına qarşı “əsassız və təxribat xarakterli hücumlar”ını kəskin pisləyərək, bu davranışların rəsmi İrəvan və Kreml arasındakı münasibətləri “geri dönüşü çətin olan nöqtəyə” gətirdiyini bildirib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu açıqlamaları əslində, Paşinyan hakimiyyətinin uzun müddətdən bəri qorumağa çalışdığı siyasi-diplomatik səssizliyi pozmağa başladığını da biruzə verir. Və rəsmi İrəvan artıq açıq şəkildə bəyan edir ki, Kreml ilə qarşılıqlı münasibətlərin əsasında “bərabərhüquqlu tərəfdaşlıq” deyil, məhz “asimmetrik asılılıq” dayanır.

Məsələ ondadır ki, Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində Rusiya mediasında baş nazir Nikol Paşinyana qarşı tənqidi materialların artmaqda olduğu müşahidə edilir. Kremlin erməni baş nazirə qarşı apardığı informasiya savaşı əsasən, Paşinyan hakimiyyətinin “Qərb yönümlü siyasəti”ni, Ermənistanın Avropa Birliyinə inteqrasiya cəhdlərini və Rusiyameylli müxalifət düşərgəsinə qarşı “repressiya dalğası”nı hədəfə alır. Bu proses Kremlin informasiya təzyiqlərinin “yumşaq güc”dən hibrid təsir vasitəsinə çevrildiyini də göstərir. Rusiya mediası vasitəsilə formalaşdırılan ictimai rəy Ermənistan daxilində “Qərb kursunun uğursuzluğu” və “Rusiya ilə dostluğun alternativsizliyi” tezisini möhkəmləndirmək məqsədi daşıyır.

Digər tərəfdən, Ermənistan-Rusiya ticarət dövriyyəsinin azalması və Kremlin iqtisadi əməkdaşlıqda süni məhdudiyyətlər yaratmağa başlaması Paşinyan hakimiyyətinə qarşı təzyiqlərin artıq iqtisadi müstəviyə keçməkdə olduğunu göstərir. Üstəlik, Rusiya üçün bu, həm xəbərdarlıq, həm də “loyallıq testi” funksiyasını daşıyır. Ermənistanın Avropa Birliyi ilə münasibətlərini dərinləşdirməsi, xüsusən də Brüssel platformasında Cənubi Qafqazın yeni təhlükəsizlik formatında iştirak etməsi Rusiya üçün strateji risk sayılır. Böyük ehtimalla Kreml yaxın aylarda enerji qiymətlərində dəyişiklik, ticarət məhdudiyyətləri və valyuta nəzarəti kimi mexanizmləri də işə sala bilər. Və bu, Ermənistan iqtisadiyyatının Rusiya bazarından yüksək dərəcədə asılılığına paralel olaraq, Paşinyan hakimiyyətinin manevr imkanlarını daha da məhdudlaşdıra biləcək önəmli faktordur.

Bütün bunlara baxmayaraq, Ermənistanda son vaxtlar baş verənlər — Gümrü və Masis bölgələrinin Rusiyayönümlü müxalifətdən olan rəhbərlərinin həbs olunması Paşinyan hakimiyyətinin Kremlin agentura şəbəkəsini tam zərərsizləşdirmək strategiyasının tərkib hissəsidir. Bu proses rəqib düşərgəyə sərt siyasi mesaj xarakteri daşımaqla yanaşı, Paşinyan hakimiyyətinin “keçmiş elita ilə hesablaşma” kampaniyasının davamı kimi də qiymətləndirilir. Və reallıqda isə bu proseslər həm də baş nazir Nikol Paşinyanın öz hakimiyyətini daha da möhkəmləndirmək üçün inzibati resurslardan istifadə etməsinin göstəricisidir.

Maraqlıdır ki, Rusiya səfiri Sergey Kopırkinin Ermənistanın Avropa Birliyinə üzvlük perspektivlərini “hipotetik”, Avrasiya İqtisadi İttifaqında təmsilçiliyini isə “reallıq” adlandırması Kremlin rəsmi İrəvana qarşı siyasi-diplomatik ritorikasının sərtləşməkdə olduğunu biruzə verir. Çünki Rusiya səfirinin bu bəyanatı rəsmi İrəvana yönəlik açıq xəbərdarlıqdır. Kreml Paşinyan hakimiyyətinə mesaj verir ki, Ermənistan Qərb istiqamətində nə qədər irəliləsə də, Rusiyanın iqtisadi və təhlükəsizlik orbitindən çıxmaq bir o qədər çətin olacaq. Və bu, həm də Kremlin diplomatiyasının yeni mərhələsini göstərir, Rusiya indi artıq həm tənqid edir, həm də “reallığı diktə etməyə” çalışır.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Ermənistanın Qərbə inteqrasiya cəhdlərinə qarşı istifadə edə biləcəyi alətlər çoxşaxəlidir. Onların sırasına iqtisadi mexanizmlər - enerji tariflərinin artırılması, maliyyə axınlarının yavaşıdılması, gömrük məhdudiyyətləri, təhlükəsizlik və KTMT faktoru - hərbi əməkdaşlığın dondurulması, Ermənistanın müdafiə infrastrukturunun zəiflədilməsi, Rusiyayönümlü QHT-lərin, partiyaların və KİV-lərin maliyyələşdirilməsi, Rusiyada yaşayan erməni miqrantların hüquqi statusuna təsir və sosial təzyiqlər kimi önəmli alətlər daxildir. Və bu Kremlin əlində belə mexanizmlərin mövcudluğu Ermənistanın suveren qərarvermə imkanlarını faktiki olaraq, şərti müstəviyə keçirir.

Belə anlaşılır ki, Ermənistan üçün hazırda aktual olan tarazlıq siyasətinin davam etdirilməsi getdikcə çətinləşir. Ona görə də, Ermənistan indi Rusiya və Qərb arasında “strateji ziqzaq” dövrünü yaşayır. Paşinyan hakimiyyəti Qərblə yaxınlaşmanı demokratik və institusional inkişafın zəmanəti kimi təqdim etsə də, Rusiya bu prosesi öz təsir dairəsinə qarşı real təhlükə kimi qəbul edir. Belə vəziyyətdə Ermənistanın qarşısında iki seçim qalmış kimi görünür. Yəni, rəsmi İrəvan ya suveren qərarvermə iddiasını qorumaq üçün Qərblə yaxınlaşmanın doğurduğu risklərlə barışmalıdır, ya da iqtisadi və təhlükəsizlik reallıqları səbəbindən Rusiyanın orbitində qalmaqda davam etməlidir. Və hazırda Paşinyan hakimiyyəti hələlik birinci seçim variantını üstün tutduğundan, Ermənistanda ölkədaxili parçalanma, eləcə də, siyasi toqquşmalar artıq qaçılmaz xarakter daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Oktyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri