Kreml: Putinlə Tramp arasında telefon danışığı olmayıb
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında noyabrın 7-də telefon danışığının olması haqqında məlumatı təkzib edib.
Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"“Vaşinqton Post“un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu yalan məlumatdır", deyə Peskov vurğulayıb.
O, Putinin Trampa zəng etməklə bağlı hələlik konkret planının olmadığını da bildirib.

