Icma.az
close
up
RU
Şəhid övladlarının “Məzun günü” FOTOLAR

Şəhid övladlarının “Məzun günü” FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

İyunun 11-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi və “Stereohall” konsert mərkəzinin tərəfdaşlığı ilə bu il orta məktəbi müvəffəqiyyətlə bitirən məzun şəhid övladları üçün “Məzun günü” tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış nitqində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, qeyd edib ki, “Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik.”

Tədbirdə iştirak edən millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Nigar Məmmədova və Tahir Mirkişili çıxışlarında məzun olan gənclərə xoş arzularını çatdıraraq, onların təhsil nailiyyətlərini yüksək qiymətləndiriblər.

Təhsilin İnkişafına Dəstək Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək, şəhid övladlarına göstərilən diqqət və qayğını hər bir vətəndaş üçün mənəvi məsuliyyət adlandırıb.

Daha sonra məzunlar - Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi,

polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və Vətən müharibəsi şəhidi, mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev öz həmyaşıdlarını təbrik ediblər. “Gəlin, bu illərimizi təbəssümlə, gözəl xatırlayaq və hər zaman bir-birimizə dəstək olaq. Hər birimizin yolu uğurlu olsun”.

Tədbir bədii hissə ilə davam edib. Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Miri Yusif, tanınmış müğənnilər Sevinc Ağasıyeva, DJ China və Star Band qrupu öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 İyun 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri