Icma.az
close
up
RU
Kreml yenə də Azərbaycana SATAŞIR: “Valuyevin siyasətlə yaxından uzaqdan əlaqəsi yoxdur”

Kreml yenə də Azərbaycana SATAŞIR: “Valuyevin siyasətlə yaxından uzaqdan əlaqəsi yoxdur”

Icma.az bildirir, Yenicag portalına istinadən.

“Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev siyasətçi deyil. O, hadisələri daha çox rinq əhval-ruhiyyəsindən qiymətləndirir və bu, tamamilə yanlış yanaşmadır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili Rusiya Dövlət Dumasının hakim “Yedinaya Rossiya” partiyasından olan deputatı Nikolay Valuyevin Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılması, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

H. Babaoğlunun fikrincə, üstəlik, Valuyevin nə siyasi, nə də hüquqi təfəkkürü var, eləcə də onun siyasətlə yaxından-uzaqdan əlaqəsi yoxdur:

“Bu səbəbdən onun fikirləri ciddi qəbul edilməməlidir. Hər kəsə bəllidir ki, Valuyev səsləndirdiyi fikirləri analiz edəcək qədər idrak sahibi deyil. Buna görə də diqqəti onun özünə deyil, arxasında duran qüvvələrə yönəltmək lazımdır. Ona bu fikirləri kimlər dedirdir və məhz nə üçün Valuyevə dedirdilir?”

“Görünür ki, Valuyevin bu açıqlamaları ilə Azərbaycanda müəyyən bir narahatlıq yaratmağa çalışırlar. Daha sonra isə bu vəziyyətdən istifadə edərək Azərbaycana təzyiq göstərmək niyyətindədirlər. Lakin bu, sadəlövh yanaşmadır. Azərbaycan güclü dövlətdir və Valuyevin səsləndirdiyi fikirlər, əslində, Azərbaycandan daha çox Rusiyaya aiddir. O, hədəf kimi Rusiyada yaşayan iş adamlarını və Rusiya vətəndaşlarını götürüb. Halbuki, Rusiyada yaşayan azərbaycanlıların miqrant kimi sayı elə də böyük deyil; təxminən 1,5 milyon nəfərdir”, – deyə o, əlavə edib.

Deputatın qənaətinə görə, biz Rusiyanın etnik tərkibinə nəzər salsaq, görərik ki, bu cür açıqlamalar olduqca təhlükəlidir:

“Əgər bu gün azərbaycanlılar hədəfə alınırsa, sabah tatarlar, daha sonra yakutlar, başqırdlar, dağıstanlılar və digər qeyri-slavyan xalqları hədəf seçilə bilər. Belə olan halda, qeyri-rus vətəndaşlar Rusiya Federasiyasında ikinci və ya üçüncü dərəcəli vətəndaş hesab olunmalıdır? Bu, mümkünsüzdür! Valuyev, əslində, Rusiyanın təməllərinə zərbə vurur və bu məsələyə Rusiya “dərin dövləti” mütləq qiymət verməlidir. Belə təhlükəli ritorikalar yayan şəxslər cəzalandırılmalıdır. Əsas məsələ Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsidir. Təyyarə qəzası ilə bağlı tam şəffaflıq təmin olunmalı, Azərbaycanın irəli sürdüyü şərtlər obyektiv şəkildə qiymətləndirilməli və Rusiya-Azərbaycan münasibətlərinə uyğun adekvat cavab verilməlidir”.

Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri