Icma.az
close
up
RU
O mükafatın Kann Film Festivalı ilə yaxından uzaqdan əlaqəsi yoxdur! Röya Ayxanla bağlı QALMAQAL

O mükafatın Kann Film Festivalı ilə yaxından uzaqdan əlaqəsi yoxdur! Röya Ayxanla bağlı QALMAQAL

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Röya Ayxan və Anar Ağakişiyevin Kann Film Festivalı qırmızı xalçasına çıxma xəbərləri mediada tirajlanır və böyük müzakirələrə səbəb olub. Düşünürəm ki, bunu bir az aydınlaşdırmaq lazımdır".

"Ölkə.az" xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib.

Onun sözlərinə görə, "Röya Ayxanın aldığı "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur".

"Bu mükafat həmin tarixdə, həmin ərazidə keçirilən kənar tədbirdir və kiçik bir "Instagram" səhifələri var, saytlarını da tapa bilmədim", - deyə o qeyd edib.

F.Pərdəşünas vurğulayıb ki, ümumiyyətlə, Kannın qırmızı xalçasına çıxmaq da çətin bir məsələ deyil:

"Röya Ayxan və Anar Ağakişiyevin bu xalçaya çıxması şəxsi işləridir və əlaqələrindən asılıdır. İstədikləri kimi geyinərlər, şəkil çəkdirərlər və paylaşarlar. Lakin bunu mediada uğur kimi qələmə vermək (və ya verdirmək), ölkə adına danışdırmaq doğru deyil.

Faktiki olaraq uğur - orada göstərilən filmlərin yaradıcı heyətində yer alaraq o qırmızı xalçaya çıxmaqdır. Bu isə indiki halda aktual olmayıb. Film festivalına tanış dəvəti, media qeydiyyatı və digər əlaqələrlə giriş alıb iştirak etmək mümkündür".

O, nəyin uğur adlandırıla biləcəyini də diqqətə çatdırıb:

"Uğura gəlincə, mən düşünürəm ki, Röya xanım elə eyni şəhər və elə eyni binada keçirilən "NRJ Music Awards"da səhnə alması daha doğru olardı. Çünki NRJ müğənni yarışı və mükafatıdır. Burada qazanmaq isə o qədər də asan məsələ deyil".

Qeyd edək ki, Xalq artisti Röya Ayxan Fransada keçirilən Kann Film Festivalı çərçivəsində təşkil olunan "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib. Estrada ulduzu ağ və qara rəngli libası ilə qırmızı xalıda addımlayıb. O, stilist Anar Ağakişiyevlə birlikdə kameralar qarşısına keçib. Tədbir çərçivəsində Röya Ayxanın müasir Azərbaycan musiqisinə verdiyi töhfələrə görə "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunduğu barədə xəbərlər yayılıb.

Onu da əlavə edək ki, Kann Film Festivalının ən mühüm mükafatı ən yaxşı film üçün verilən "Qızıl palma budağı"dır. Digər mükafatlar isə bunlardır: Qran-pri; Ən yaxşı aktyor, aktrisa, rejissor, ssenaristə verilən mükafat; Jüri mükafatı; qısametrajlı film üçün "Qızıl palma budağı" və ən yaxşı debüt üçün "Qızıl kamera" mükafatı. Bir sözlə, festivalda "Mədəniyyət səfiri" mükafatı yoxdur.(modern.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 May 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see127

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see126

Sançez: İspaniya Qəzzaya sülhməramlı qüvvə göndərə bilər

08 Yanvar 2026 15:37see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri