Icma.az
close
up
RU
Kreml Zəngəzur dəhlizinə görə ABŞ yə qarşı getməyəcək ŞƏRH

Kreml Zəngəzur dəhlizinə görə ABŞ yə qarşı getməyəcək ŞƏRH

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ və Rusiya prezidentlərinin Alyaska görüşü beynəlxalq mediada geniş rezonans doğurub. Görüşdən gözlənilən sülh mesajları səslənməsə də, geosiyasi maraqlar və tərəflərin taktiki gedişləri diqqət mərkəzinə çevrilib.

Bakupost.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Tramp və Putin arasında baş tutan görüşü və onun mümkün nəticələrini şərh edib. O bildirib ki, Ukraynasız keçirilən bu görüşdən sülh gözləmək mümkün deyildi.

“Ukraynanın başı üzərindən sülhə nail olmaq mümkün deyil. Vaşinqton Moskvaya Ukrayna müharibəsini “ərazi mübadiləsi” vasitəsilə həllini təklif edib. Kiyev bu təklifin əleyhinədir. Çünki Ukrayna müharibəni dayandırmaq üçün ərazilərinin bir hissəsinin işğalı ilə barışmalıdır. Vaşinqtonun təklifinə heç Moskva da razı deyil. Rusiya Ukraynanın 4 bölgəsinin ona verilməsini tələb edir. Kreml hələ işğal edə bilmədiyi əraziləri də Ukraynadan tələb edir. Vaşinqton isə ancaq işğal edilənin Rusiyaya aid olunmasına tərəfdardır.

Buna baxmayaraq, Alyaskadakı görüş həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp üçün vacib idi. Putin üçün bu görüş ona görə vacib idi ki, Kreml sahibi uzun müddətdir Trampın müxtəlif təkliflərinə “yox” deyib. O bu dəfə də Ağ Ev sahibinin təklifinə “yox” desəydi, Donald Tramp Putinlə təmaslardan imtina edəcəkdi. Halbuki, Vladimir Putin Trampın prezidentliyi dövründə ABŞ ilə münasibətlərin normallaşdırılmasına çalışır. Təsadüfi deyil ki, Putin Alyaskadakı görüşdə amerikalı həmkarını keçmişdə mövcud olan iqtisadi əlaqələrin bərpası mövzusuna yönəltməyə çalışıb. Ticarətçi olan Tramp bu mövzuya maraq göstərir, ancaq o müşavirlərinin təlimatıyla “gəl əvvəlcə müharibəni dayandıraq, bundan sonra ikitərəfli əməkdaşlığın inkişafına qayıdarıq” prinsipindən çıxış edir.

Putin Trampın tərifə meylli olduğunu bilərək, Alyaskada amerikalı həmkarının qulağına xoş olan ifadələr səsləndirib. Misal üçün Tramp hər dəfə bildirir ki, Bayden yox, o Prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı. Putin Alyaskada bu fikri təsdiq edən cümlə işlədib:

“Mən ABŞ-nin keçmiş Prezidentini xəbərdar etmişdim, məni dinləmədi, Tramp o zaman Prezident olsaydı müharibənin başlamasının qarşısını alardı”.

Digər tərəfdən, Putin ABŞ-dəki bundan əvvəlki seçkinin Co Baydenin xeyrinə saxtalaşdırıldığını bildirib. Bununla Kreml sahibi Trampın digər arqumentini də dəstəkləyib. Putinin sözlərinə görə, ABŞ-də poçt üsulu ilə səsvermə saxtakarlığa şərait yaradıb. Tramp da eyni fikirdədir.

Alyaskadakı görüş Donald Tramp üçün də vacib idi. Ukrayna müharibəsiylə bağlı nəticə əldə olunmasa da, Ağ Ev sahibi problemin həlli yolunda çalışmalarını davam etdirdiyi görüntüsü yaradıb. Onun seçkiqabağı əsas vədi Rusiya-Ukrayna müharibəsinin dayandırılamasıyla bağlıdır. Ona görə də Tramp bu istiqamətdə kiçik də olca, nəticə əldə etməyə çalışmalıdır. Putin amerikalı həmkarının Alyaskada görüş təklifinə razılaşmaqla Trampın reytinqinin aşağı düşməsinin qarşısını almış oldu.

Donald Trampla Vladimir Putin arasındakı dialoqun davam etməsi və Kreml sahibinin amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirməsi Azərbaycanın da maraqlarına cavab verir. Belə olan halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-nin səylərinin qarşısını almaq istəməyəcək. Əks halda, Putin “Tramp marşrutu”nun əleyhinə çıxmış olacaq ki, bu Ağ Evdə mənfi qarşılanacaq. Bu, Azərbaycanla Ermənistana imkan yaradır ki, Zəngəzur dəhlizinin tikintisi və işə düşməsi prosesini sürətləndirsinlər.”

Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri