Icma.az
close
up
RU
Kremldə Putinlə Fitso arasında uzun söhbət Slovakiya lideri Moskvaya tələsik niyə gedib? AzPolitika onlayn siyasiictimai qəzet

Kremldə Putinlə Fitso arasında uzun söhbət Slovakiya lideri Moskvaya tələsik niyə gedib? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Slovakiyanın Baş naziri Robert Fitso Moskvaya uçaraq Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

“AzPolitika” xəbər verir ki, bu barədə bazar günü axşam Kremlin təbliğat ruporlarından “VGTRK” müxbiri Pavel Zarubin məlumat verib. O, həmçinin Putinlə Fitso arasında olan görüşün doqquz saniyəlik videosunu dərc edib.

Bundan əvvəl Slovakiyanın Baş naziri Ukraynanın yanvarın 1-dən qaz tranzitini dayandırmaq niyyətində olması səbəbindən Slovakiyaya Rusiya qazının nəqlini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvaya səfər edə biləcəyini bildirmişdi. Kreml səfərlə bağlı rəsmi açıqlama verməyib. Kremlin sözçüsü Dmitri Peskov isə Zarubinə səfərin neçə gün əvvəl planlaşdırıldığını deyib. Eyni zamanda o, Putin və Fitsonun konkret nəyi müzakirə edəcəklərini şərh etməyib və qeyd edib ki, onların qazdan da danışacaqlarını asanlıqla güman etmək olar. Peskovun sözlərinə görə, görüş təkbətək formatda keçirilib.

Moskva vaxtı ilə gecə saat 22:30 radələrində Peskov Putin və Fitso arasında görüşün başa çatdığını və onun nəticələrinə əsasən mətbuat üçün birgə bəyanatın nəzərdə tutulmadığını açıqlayıb. O, görüş zamanı hər hansı razılaşmanın əldə olunub-olunmaması və ya qaz təchizatından başqa digər məsələlərin müzakirə edilib-edilməməsi barədə məlumat verməyib.

Fitso daha sonra “Facebook”-da yazıb ki, Vladimir Putinlə uzun söhbət zamanı onlar Ukraynadakı hərbi vəziyyət, müharibənin tezliklə sülh yolu ilə bitməsinin mümkünlüyü və Slovakiya ilə Rusiya arasındakı münasibətlər haqqında fikir mübadiləsi aparıblar.

Fitso həmçinin bildirib ki, onun Moskvaya səfəri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya qazının Ukrayna ərazisindən tranzitinə qarşı olduğu barədə bəyanatına reaksiya olub. Tranzit müqaviləsinin müddəti bu il başa çatır və Zelenski Kiyevin müqaviləni yeniləmək niyyətində olmadığını bildirib.

Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Slovakiya liderinin Moskvaya ilk səfəridir. 2022-ci ilin fevralından sonra Qərb siyasətçiləri, xüsusən də ölkə liderləri çox nadir hallarda Rusiyaya səfər edirlər. Son üç ildə Moskvaya yalnız neytral Avstriyanın kansleri və Fitsonun siyasi müttəfiqi, Macarıstanın Baş naziri Viktor Orban səfər edib.

Bundan əvvəl Robert Fitso gələn il mayın 9-da Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya gələcəyini bildirmişdi. Fitso da Orban kimi, Ukraynada sülh danışıqlarının dərhal başlamasının tərəfdarı olduğunu bəyan edir. O, Ukraynanın işğalına görə Moskvanı tənqid etməkdən çəkinir və əksinə, Kiyevi müharibəni davam etdirmək istəməsində günahlandırır.

Ötən gün o, Ukrayna Prezidenti Volodimir Zelenskinin Slovakiyanın Ukraynanı NATO-ya dəvət etməyə razılıq verəcəyi təqdirdə Rusiyanın dondurulmuş aktivlərindən Slovakiyaya 500 milyon avro təklif etdiyini iddia edib. Fitso həmçinin Ukraynanın Rusiya qazının tranziti ilə bağlı müqaviləni yeniləməkdən imtina etmək qərarını kəskin tənqid edir. Fitso hökuməti keçən ilin sonunda hakimiyyətə gəldikdən sonra Slovakiya Rusiyaya qarşı sanksiyaların uzadılması və genişləndirilməsinə mane olmasa da, Ukraynaya hərbi yardımdan imtina edib. Fiko Rusiya televiziyasının “Rossiya-1” telekanalında “60 dəqiqə” proqramına verdiyi müsahibəyə görə müxalifət tərəfindən kəskin tənqid edilib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri