Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Kremldəki köhnə strateqlər artıq reallıq hissini itiriblər

Kremldəki köhnə strateqlər artıq reallıq hissini itiriblər

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların yenə də Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi və Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı reallığı təhrif edən fikirlər səsləndirməsi bir tərəfdən, Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin artması fonunda Nikol Paşinyan ilə Vladimir Putin arasında iki gün öncə baş tutmuş telefon danışığı zamanı Rusiya liderinin Ermənistan rəhbərini 7 iyun tarixli parlament seçkilərində qalib gəlməsi və yenidən Baş nazir seçilməsi münasibətilə təbrik etməməsi isə digər tərəfdən bir daha onu göstərir ki, Kreml Cənubi Qafqazda sarsılmış nüfuzunu və təsir gücünü köhnə, ənənəvi hibrid üsullarla yenidən bərpa etmək istəyir.
Rusiyanın birdən-birə aktivləşməsinin səbəbi nədir? Kreml Ermənistanı nəyə vadar etmək istəyir? Və Moskvanın hər fürsətdə keçmiş "Qarabağ məsələsi"ni yenidən gündəmə gətirməkdə məqsədi nədir? Ümumən baxsaq görərik ki, Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Ermənistan istiqamətində hazırkı aktivləşməsi təkcə bir diplomatik etiraz hərəkəti deyil. Bu, daha geniş geosiyasi reallığa cavabdır. Moskva regionda əvvəlki nəzarət mexanizmlərinin zəiflədiyini görür və itirdiyi təsiri ya bərpa etməyə, ya da ən azı tamamilə itirməməyə çalışır. Ermənistanın son illərdə təhlükəsizlik, xarici siyasət və suveren qərarvermə baxımından alternativlər axtarması Kreml üçün bir siqnaldır ki, ənənəvi asılılıq modeli artıq əvvəlki kimi işləmir.
Rusiya regionda nüfuz itkisi ilə heç cürə barışa bilmir. 44 günlük İkinci Qarabağ müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlardan keçən 6 il ərzində Moskva Ermənistanın təhlükəsizlik arxitekturasında həlledici rol oynamaq imkanlarını qorumaq üçün hər vasitəyə əl atıb. Amma Qarabağ prosesinin faktiki olaraq tamamlanması, Ermənistanın Qərblə daha sıx dialoq axtarması, KTMT-yə münasibətdə artan məyusluq və son parlament seçkilərində Kremlin proseslərə kobud müdaxilə cəhdləri Rusiyanın etibarlı müttəfiq obrazını ciddi şəkildə zədələyib. Ona görə də Kreml indi bu boşluğu doldurmağa çalışır. Rusiya eyni vaxtda Ukrayna müharibəsi, sanksiyalar, Qərblə qarşıdurma və postsovet məkanında loyallıq itkisi ilə üz-üzədir. Belə şəraitdə Cənubi Qafqaz kimi həssas bir bölgədə mövqelərin zəifləməsi Moskva üçün strateji itki sayılır. Buna görə də Rusiya burada sözünü yenidən keçirmək istəyir.
Putinin hazırkı geosiyasi hədəfi Ermənistanı tamamilə itirməməkdir. Çünki Moskva üçün Ermənistan təkcə müttəfiq ölkə deyil, həm də Cənubi Qafqazdakı hərbi-siyasi dayaq nöqtəsidir. Ermənistanın Qərbə yaxınlaşması və Rusiyadan uzaqlaşması Kremlin regiondakı təsir zəncirinin qırılması demək olardı. Buna görə də Rusiya həm siyasi təzyiq, həm informasiya ritorikası, həm də köhnə münaqişə xatirələrini qabartmaqla İrəvanı yenidən öz orbitində saxlamağa çalışır. Cari məqsəd isə Ermənistanın tam geosiyasi şaxələnməyə, çoxvektorlu xarici siyasətə keçid etməyə nail olmasının və yeni geosiyasi alternativlər, qlobal müttəfiqlər tapmaqla Rusiyadan asılılığı azaltmasının qarşısını almaqdır. Moskva İrəvanın bir neçə istiqamətdə addım atmasını istəmir. Söhbət təhlükəsizlik sahəsində Rusiyadan uzaqlaşma, Qərblə dərin strateji yaxınlaşma, regional nəqliyyat və kommunikasiya layihələrində Rusiyasız qərarvermə, həmçinin kollektiv qərar platformalarında Kremlin mövqeyinə qarşı çıxış etmək kimi həyati əhəmiyyətli məsələlərdən gedir.
Başqa sözlə desək, Kreml Ermənistanı müstəqil oyunçu kimi yox, satellit kimi, ən yaxşı halda isə idarə olunan tərəfdaş kimi görmək istəyir. Bunun üçün də müxtəlif təsir və təzyiq vasitələrindən istifadə edir. Diplomatik tənqid, ictimai rəyə təsir edən mesajlar, tarixi məsələlərin yenidən qabardılması, təhlükəsizlik qorxusunun dirildilməsi, Rusiya ilə müttəfiqliyin alternativsizliyi kimi narrativlər də bu vasitələr sırasındadır. Bu baxımdan Zaxarovanın çıxışları və Putinin telefon diplomatiyasında müəyyən soyuqluq görüntüsü təsadüfi deyil. Bunlar subliminal mesaj xarakteri daşıyır. Yəni ki, Kreml demək istəyir ki, biz hələ də bu regionun əsas oyunçusuyuq və istənilən vaxt gündəmi öz istədiyimiz kimi diktə edə bilərik. Və beləliklə, Kreml həm İrəvana xəbərdarlıq edir, həm də regiondakı digər aktorlara Rusiyanın tam sıradan çıxmadığını göstərməyə çalışır.
Bəs, Moskva niyə hər fürsətdə keçmiş Qarabağ mövzusunu yenidən qaldırır, gündəmə gətirir? Burada əsas məqsəd ilk növbədə gündəmi məhz Ermənistanın üzərində fokuslamaqdır. Çünki Qarabağ mövzusu Ermənistanın revanşist dairələrində hələ də emosional və siyasi həssaslıq xarakteri daşımaqdadır. Və Moskva da bunu çox yaxşı bilir, ona görə də bu mövzunu dirildərək, Ermənistan cəmiyyətində yenidən təhlükəsizlik narahatlığı yaratmağa və beləliklə İrəvanın manevr imkanlarını daraltmağa çalışır. Eyni zamanda, məqsəd Ermənistanı güzəştlərə məcbur etməkdir. Yəni ki, Moskvanın Qarabağ mövzusunu xatırlatması bir növ psixoloji və siyasi təzyiq göstərmək cəhdidir. Burada məqsəd Ermənistanı Rusiya ilə münasibətlərdə daha ehtiyatlı davranmağa, Qərblə addımlarını məhdudlaşdırmağa və Rusiyanın “qırmızı xətt"lərini nəzərə almağa sövq etməkdir. Çünki Kreml özünü hələ də tarixi arbitr rolunda təsəvvür edir. Keçmiş Qarabağ problemi də məhz Rusiyanın “mən hələ də buradayam” görüntüsünü yaratmağa xidmət edir.
Bu baxımdan, Zaxarovanın açıqlamaları sadəcə informasiya bəyanatı deyil, tarixi reallığı manipulyativ formada təqdim etmək və müəyyən narrativlər yaratmaq məqsədi güdür. Beləliklə, Zaxarovanın ritorikası onu göstərir ki, hədəf Ermənistanın mövcud siyasi xəttini zəiflətmək, Azərbaycanın mövqeyini Rusiya prizmasından şərh etmək və son nəticədə Moskvanın regional proseslərdə hələ də mühüm oyunçu və ya həlledici arbitr olduğunu xatırlatmaqdır. Buradan da bir daha aydın olur ki, Kreml klassik hibrid üsullardan (diplomatik təzyiq, seçmə tarix şərhi, informasiya manipulyasiyası, konflikt yaddaşının aktiv saxlanması, qarşı tərəfin daxili siyasətinə təsir cəhdi və s.) hələ də fəal şəkildə istifadə edir.
Kobud ritorika ilə desək, "ayı"nın (Rusiyanın) min oyunu bir "armud"un başındadır. Yəni ki, Kreml Ermənistanı tamamilə itirmək istəmir və onu yenidən asılı, ehtiyatlı və Rusiyasız qərar verə bilməyən çarəsiz ölkə, marionet müttəfiq vəziyyətində saxlamağa çalışır. Qarabağ mövzusunu diriltmək isə bu strategiyanın bir hissəsidir. Bu, həm təzyiq aləti, həm də regional gündəmi öz əlində saxlamaq vasitəsi kimi Moskvanın işinə yarayır. Bir sözlə, Moskva Ermənistana “alternativsizsiniz” mesajını vermək, onun Qərbə yaxınlaşması prosesini mümkün qədər yavaşıtmaq və eləcə də Cənubi Qafqazda itirdiyi təsiri köhnə üsullarla geri qaytarmaq istəyir. Necə deyərlər, Moskva bir güllə ilə bir neçə dovşanı vura biləcəyini düşünür. Bu da onu göstərir ki, Kremldəki köhnə strateqlər artıq reallıq hissini itiriblər. Onlar yeni geosiyasi reallıqları düzgün qiymətləndirə bilmirlər.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 İyul 2026 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri