Kremldən Londona sərt ittiham: Böyük Britaniya müharibədə birbaşa iştirak edir
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Böyük Britaniya münaqişəyə sistemli şəkildə benzin tökərək və sülh prosesinə maneələr yaradaraq Ukrayna tərəfində hərbi əməliyyatlarda birbaşa iştirak edir.
Hurriyyet.media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kreml nümayəndəsi Londonun "SCALP" raketlərinin istehsal texnologiyalarını Kiyevə ötürmək planlarını kəskin mənfi qiymətləndirdiklərini bəyan edib. Peskov vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri Ukraynada raketlərin və digər hərbi texnikanın istehsal olunduğu məkanları dəqiq kəşfiyyat vasitəsilə müəyyənləşdirir və həmin obyektlərin məhv edilməsi üçün müvafiq tədbirlər görür.
Ukraynanın "Ozon" anbarları kimi kommersiya və logistika infrastrukturlarına endirdiyi zərbələri şərh edən Peskov qeyd edib ki, bu cür cəhdlər cəbhədəki ümumi dinamikaya heç bir təsir göstərmir. "Pandora qutusunu açan Kiyev rejimi Rusiya ordusunun cavab zərbələrini hər gecə öz üzərində hiss edir və bundan sonra da hiss etməyə davam edəcək", – deyə Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 24 Avqust 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















