Icma.az
close
up
RU
Kremli çaşdıran cavab: Putin Əliyevə söz vermişdi, iki ay sonra...

Kremli çaşdıran cavab: Putin Əliyevə söz vermişdi, iki ay sonra...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında, eləcə də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin bu gün baş tutacaq qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsi diqqət çəkir.

Əslində rəsmi qaydada verilən məlumatlar və irəli sürülən arqumentlər kifayət qədər məntiqli və əsaslandırılmış görünür:

1.Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilən iclasında iştirak etməyib;

2.Dövlət başçısı MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə isə iş qrafikinin sıxlığı səbəbindən qatıla bilməyib.

Azərbaycan, prinsip etibarilə üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir. Lakin bu da faktdır ki, MDB bir təşkilat olaraq daha çox formal xarakter daşıyır. Yəni təşkilat çərçivəsində keçirilən görüşlər ciddi və konkret nəticələrlə yadda qalmır. Prinsipcə Azərbaycan üzv dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına daha çox önəm verir.

Bütün bunlara baxmayaraq demək olar ki, Bakı-Moskva münasibətlərində buzlar hələ tam əriməyib. Xüsusilə Azərbaycanın Rusiyaya qarşı etimadının qısa müddətdə bərpa olunması real görünmür. Doğrudur, Prezident İlham Əliyev bu il 9-10 oktyabr tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Həmin iclas çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatda keçirilən görüşlər səmərəli olub. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin görüş zamanı AZAL-ın təyyarə qəzasına dair, “Rusiya tərəfindən kompensasiya ilə bağlı lazımi zəruri addımlar atılacaq və bütün məsuliyyət daşıyan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”, – bəyanatı diqqət çəkmişdi.

Təəssüf ki, vurğulanan bu vədlərə baxmayaraq, Moskva nə kompensasiya məsələsini həll etdi, nə də məsuliyyət daşıyan şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Bundan əlavə, Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı yaradılmış komissiyanın yekun hesabatı hələ də açıqlanmayıb. Son zamanlar isə Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspor təşkilatlarına qarşı atılan addımlar müşahidə edilən neqativ tendensiyalardandır.

Belə bir vəziyyətdə Azərbaycan Prezidentinin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak etmə ehtimalının aşağı olması tam anlaşılandır.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri