Icma.az
close
up
RU
Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 2-sində Qars şəhərində Türkiyə və Ermənistandan olan iş adamlarının görüşü keçirilib. Qars Ticarət və Sənaye Mərkəzinin ev sahibliyi ilə təşkil olunan görüşdə Türkiyənin xarici işlər nazirinin Qafqaz məsələləri üzrə nümayəndəsinin köməkçisi Ayşe Uzer, Ermənistanın xarici işlər nazirinin müşaviri Hayk Darbinyan da iştirak ediblər.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, həmçinin iki ölkənin iqtisadi və ticari məsələlər üzrə yüksək vəzifəli şəxsləri, biznesmenləri, xüsusilə İğdır, Ərdahan və Ərzurumdan olan iş adamları da qonaqlar arasında olublar.

Sərhəddə nə baş verir?

Ermənistandan olan nümayəndələr quru sərhədini keçərək Qarsa gəliblər, burada onları türkiyəli iş adamları və rəsmi şəxslər qarşılayıblar. Maraqlıdır ki, Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılması ilə bağlı hər hansı yekun qərar yoxdur, həmçinin rəsmi açılış mərasimi də keçirilməyib. Belə çıxır, sərhədlərin bağlı olması formal xarakter daşıyır… 2022-ci ildə iki ölkə arasında münasibətlərin normallaşması prosesinə rəsmi şəkildə start verildikdən sonra sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması razılaşdırılmışdı. Lakin İrəvan yaxın tarixlərə qədər bu razılaşmanın icra edilməməsini dəfələrlə gündəmə gətirirdi. Amma rəsmi Ankara hər zaman eyni arqumentlə cavab verirdi: “Azərbaycanla yekun sülh sazişi imzalanmalı, ölkəmizə qarşı ərazi iddialarına son qoyulmalı, həmçinin “erməni soyqırımı” və digər əsassız ittihamlar aradan qaldırılmalıdır. Lakin qeyd edilənlərdən demək olar heç biri tam şəkildə icra edilməyib, sadəcə Ermənistan rəsmiləri şəxsi bəyanat səsləndirib və vədlər veriblər. Buna baxmayaraq, ötən ay sərhəd keçid məntəqələrinin təmir edilməsi, tarixi Ani körpüsünün ortaq bərpası razılaşdırıldı.

Türk-erməni iş adamlarının görüşündən

Ümumiyyətlə, iki ölkə arasında sərhəd 1993-cü ildən etibarən bağlı idi. Ticarət dövriyəsi belə birbaşa deyil, Gürcüstan üzərindən həyata keçirilirdi. Türkiyə ilə birbaşa dövriyənin olması isə təbii ki, ən çox erməni iş adamlarının arzusu idi, onlar hər zaman bunun olması üçün xüsusi müraciətlər, çağırışlar edirdilər. Yəni belə bir əlaqənin qurulması ən çox ermənilərin işinə yarayır, onlara daha geniş bazar imkanı, yeni ticari fürsətlər yaradır.

Niyə məhz Qars, İğdır, Ərdahan, Ərzurum?

Sözügedən bölgələr Ermənistanla sərhəddə yerləşir. Həmçinin İğdırdan son zamanlarda Ermənistana səyahət turlarının təşkil edildiyi də bildirilir. Lakin məsələnin başqa maraqlı tərəfi var. Adı çəkilən ərazilərdə məskunlaşan əhalinin əsas qismi Azərbaycan əsillidir. Danışıqları, adətləri, geyimləri, dini baxışları, soyları Azərbaycana dayanır. Yəni bu görüşün, başladılan prosesin tək səbəbi iqtisadiyyat, ticarət deyil. Ermənilərin türk xalqına, xüsusilə də o bölgədə yaşayan, tarixdə ermənilərin zülmünə məruz qalmış əhaliyə qəbul etdirilməsidir. Ancaq bir məsələ diqqətdən kənarda qalır. Ermənilər Van və Ağrı da daxil olmaqla Türkiyə sərhədindəki bölgələri özlərinin tarixi ərazisi kimi görür, İğdırla Ağrının arasında yerləşən Ağrı dağını milli simvol hesab edir, dünyaya da belə tanıdırlar. İrəvan hökuməti hələ yeni-yeni buna qarşı çıxdığını desə də, xalqın düşüncəsi dəyişmir. Əskinə, bu ideologiyalarını nəsildən-nəslə ötürürlər.

İstanbulda Türkiyə hökuməti və biznesmenləri ilə çox yaxın əlaqələri olan erməni kilsəsi var, ölkənin digər bölgələrində də ermənilərə münasibət kəskin deyil, yumşalmaya meyillidir. Lakin Qars, Ərdahan, İğdır və Ərzurum əhalisi bu məsələdə daha konkretdir. 1918-ci ildə erməni silahlı birləşmələri bolşeviklərlə birlikdə sadəcə Azərbaycanda qırğınlar törətmirdi, həmin ərazilərdə də soyqırımlar həyata keçirmişdi. Hətta dövrün qəhrəman türk komandiri Kazım Karabekir Paşanın rəhbərlik etdiyi ordu birləşmələri hərəkətə keçdi, bölgəyə gəldi sözügedən ərazilərdə erməniləri ağır məğlubiyyətə uğratdı və sağ qalan əhalini xilas etməyi bacardı. Paşanın qızı sonralar verdiyi müsahibələrində də atasının həmin hadisələrlə bağlı danışdığı dəhşətləri türk xalqına xatırladır, Osmanlının ermənilərə qarşı soyqırımı etmədiyini, əsl qırğının ermənilər tərəfindən türklərə qarşı törədildiyini vurğulayır, öz millətinə xəbərdarlıq edirdi. O, “Atam deyirdi ki, biz bir az gec getsək, Ərzurumda xilas edə biləcəyimiz sağ insan qalmayacaqdı” – deyə, bildirir. Həmçinin ermənilərin türk-müsəlman əhalisini xüsusi amansızlıqla qətlə yetirdiyini, ən böyük qırğının isə Ərzurumda olduğunu vurğulayır. Məhz bu xislət, genetikanın varisləri 74 il sonra Xocalıda da eyni vəhşiliyi törədir.

Qarsda baş tutan görüşdən

Görüşdə Ərzurum Ticarət və Sənaye Mərkəzinin rəhbərinin erməni iş adamları və Ermənistanla əlaqələr mövzusunda xüsusi həvəslə danışması bu baxımdan maraqlıdır. Görüşə ev sahibliyi edən Qars mərkəzinin rəhbəri Kadir Bozanı Azərbaycanla hava yolu əlaqələrinin asanlaşdırılması, inkişaf etdirilməsi, iki ölkə arasında münasibətlərin daha da yaxınlaşması istiqamətində kifayət qədər əməyi keçən, çalışan biri kimi tanıyır və təqdir edirik. Lakin Ermənistanla belə tez və asan şəkildə müşahidə olunan yaxınlaşmanın sorğulanmadan dəstəklənməsi sadəcə heyrətləndirir.

Hədəf sülhdür, ya başqa məqsəd var?

Dünyada gərginliyin günü-gündən artdığı, yeni müharibə təhlükələrinin meydana gəldiyi, xüsusən ən qaynar bölgələrdən biri olan regionumuza kənar təhdidlər fonunda sülhün əldə olunması ən böyük qayəmizdir. Azərbaycan sülh istəyir, Türkiyə–Ermənistan normallaşmasını dəstəkləyir, yaxından izləyir. Lakin Ermənistanın Ankara və Bakıya qarşı potensial təhdidləri, o cümlədən buna əsas yaradan ideologiyanı və sənədləri zərərsizləşdirmədiyi müddətdə belə sürətli, sorğusuz-sualsız, ani yaxınlaşma narazılıq deyil, narahatlıq doğurur – qardaş, strateji müttəfiqlik narahatlığı. 100 ildən çoxdur düşmən münasibətinin mövcudluğu, əlaqələrin qurulmadığı, təhdidlərin olduğu bir ölkə ilə normallaşmanın ən azı daha səbirli və hesablanmış bir şəkildə yürüdülməsi zəruridir, arzu olunandır. Məsələn, Azərbaycanın açıq və dəyişməz mövqeyi, tələblərində israrlı olması kimi.

Nəzərə almaq lazımdır ki, məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan dəfələrlə Ermənistanla normallaşma prosesinin Azərbaycanla koordinasiyalı şəkildə yürüdüldüyünü vurğulayıblar.

Son zamanlarda Türkiyədə bəzi dairələrin əli ilə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları, Azərbaycanın türk ictimaiyyətinin gözündə açıq hədəfə gətirilməsi, dezinformasiyaların yayılması fonunda Ermənistanla ildırımsürətli yaxınlaşma bir sıra suallar doğurur. Bakı-Ankara birliyi, iki qardaş xalqın sarsılmaz əlaqələri hazırkı dövrdə daha da möhkəmlənməlidir. Görünür, hədəf birbaşa qardaş ölkənin qanımız, dilimiz, soyumuz bir olan xalqıdır. Türkiyə–Azərbaycan münasibətlərini sarsıtmaq cəhdləri uğursuz olan qüvvələr, iki xalq arasında məsafə qoymaq planlarını “şirin erməni nağılları” ilə həyata keçirməyə çalışırlar. Lakin məşhur bir söz var: “Sən türk olduğunu unutsan da, düşmənin unutmaz”. Xüsusən də tarixin bütün mərhələlərində türklərə nifrətini milli şüara çevirən, onlara ən yüksək vəzifələri verən, xüsusi şərait yaradan, “üstün millət” kimi davranan Osmanlıya belə baş qaldırıb üsyan çıxaran ermənilər əsla unutmaz.

Ermənistan konstitusiyasında açıq şəkildə Türkiyəyə qarşı ərazi iddiası yer alır. Saxta erməni soyqırımı ittihamından əl çəkməyiblər. Azərbaycanla yekun sülh sənədi imzalanmayıb. Paşinyanın vəd etdiyi konstitusiya islahatı da reallaşmayıb. Belə vəziyyətdə Türkiyədəki bəzi çevrələrin Ermənistanla yaxınlaşma cəhdi, sərhədləri onların üzünə açması düşündürücüdür və bir qədər də təhlükəlidir…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 İyun 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri