Icma.az
close
up
RU
Kremlin iştahı və rus sərhədçilərin gözü qarşısında yağmalanan dəmir yolumuz

Kremlin iştahı və rus sərhədçilərin gözü qarşısında yağmalanan dəmir yolumuz

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistana gəlib. “Azadlıq” radiosunun məlumatına görə, onun səfəri və görüşləri ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Amma maraqlısı budur ki, Overçuk Ermənistanı hədələyəndən sonra bu ölkənin “qonağı” olmaq fikrinə düşüb...Hər halda rəsmi səfərlərdə nadir rast gəlinən hallardandır.

Ötən həftə Overçuk elə beləcə bildirmişdi: “Nə vaxtsa Ermənistan Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq, hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil”. Bəyanatına cavab üçünmü gəlib?..

Bu arada, Macarıstan Avropa İttifaqının “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 20 milyon avro məbləğində hərbi yardımın ayrılmasına qoyduğu vetonu ləğv etməsi də Rusiyanı narahat edən xəbərdir. 2021-ci ildə yaradılan və Aİ-nin birlikdən kənar ölkələrə hərbi yardım göstərməsi üçün əsas alətlərdən biri hesab olunan “Avropa Sülh Fondu” son dövrlərədək vəsaitlərinin əsas hissəsi Ukraynaya yönəldib. Ukraynanın ardınca Ermənistan? Kreml bu xəbəri sakit qarşılamayıb sözsüz ki...

Amma digər vacib məsələ də var. Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bəyan edib ki, Rusiya tərəfi “Tramp yolu” təşəbbüsünün parametrləri və Moskvanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır. Onun sözlərinə görə, “Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları” şirkəti Ermənistanın dəmir yolu şəbəkəsini idarə etmək üçün konsessiyaya malikdir. Region Rusiya dəmir yolu xətlərindən istifadə edir. Marşrut əsasən sərhədçilərimizin məsuliyyət zonasından keçəcək”.

Overçukun ardınca Kaluqin də Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü də xatırladıb və bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsün Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir.

Hələlik rəsmi İrəvanın reaksiyası məlum deyil. Erməni mətbuatının yazdığına görə, parlamentin sədr müavini Ruben Rubinyan bəyan edib ki, Rusiya ilə “Tramp yolu” layihəsində iştirakla bağlı heç bir müzakirə aparılmayıb.

Belə aydın olur ki, Overçuku hədələdiyi Ermənistana aparan səbəb Zəngəzur dəhlizi – Tramp marşrutudur. Vaşinqtonda 8 avqust razılaşması əldə olunduqdan sonra Rusiya rəsmiləri dəfələrlə bəyan etmişdilər ki, onlar bu anlaşmanı öyrənirlər. Deyəsən, öyrənib, başa çatdırıblar, amma natamam...Çünki öyrənən tərəf ən azı Zəngəzur dəhlizindən keçən dəmir yolunun nəinki Rusiyaya, heç Ermənistana da aidiyyatının olmadığını bilməliydi. Delimitasiya və demarkasiya proseslərində iştirak istəyini bəyan edərək, sovet dövründən qalma xəritələrin orijinalının əllərində - Baş Qərargahda olduğunu iddia edən Rusiya rəsmiləri necə olur ki, Zəngəzur dəhlizindən keçən dəmir yollarının tarix boyunca Azərbaycana məxsus olduğunu bilmir? Zəngəzur dəhlizində hal-hazırda Rusiya sərhədçilərinin dayanması o demək deyil ki, həmin marşrutdakı dəmir yolu xətti də Rusiyaya məxsusdur. Ermənistanın dəmiryollarının Rusiyanın patronajlığı altında keçdiyinə görəmi Rusiya rəsmisi belə qənaətə gəlib ki, Zəngəzur dəhlizi də onlara məxsusdur? Əgər gerçəkdən tarixi həqiqətlərdən bixəbərdirsə, o halda vaxt sərf edib öyrənə bilər.

Hələ iki il öncə Ermənistanın ictimai xadimi, publisist Vahram Atanesyan özünün “Facebook” səhifəsində tarixi həqiqəti etiraf etmişdi. Xatırlatmaqda fayda var: “Ermənistanda bir nəsil yetişib və bilmir ki, Arazdəyən-Culfa-Mehri dəmir yolu sovet illərində, Azərbaycan dəmir yollarının Cənubi Qafqazdan ayrıldığı 1967-ci ildən başlayaraq Ermənistan SSR-in yox, Azərbaycan SSR-in inzibati idarəetməsi altında olub”. Atanesyan ardınca belə demişdi: “Bir də bilmək lazımdır ki, onilliklər ərzində bir adam Ermənistandan Azərbaycana daxil olub, Mincivan vağzalına, oradan da Qafana çatmalı idi. Otuz il Zəngilanda qoşun saxlamaq Ermənistanın heç bir problemini həll etmədi, SSRİ-dən miras qalmış köhnə çətinliklərə yeni problemlər əlavə etdi”.

Göründüyü kimi, Atanesyan nəinki Zəngəzur dəhlizinin, hətta Arazdəyəndən başlayan dəmir yolunun da Azərbaycanın əmlakı olduğunu təsdiqləyib. Bu həqiqəti Ermənistan hökuməti də çox yaxşı bilir. Azərbaycanın tam haqqı var ki, işğal illərində Zəngilandan Arazdəyənədək ölkəmizin dəmiryolu infrastrukturuna dəymiş zərərlə bağlı Ermənistandan təzminat istəsin, hesab sorsun. Elə bu yaxınlarda BBC Rusca Zəngəzur dəhlizi ilə bağlı yalanları ifşa reportajı hazırlamışdı, bəlkə də bilməyərəkdən. Normalda Mixail Kaluqin də həmin reportajı izləməli idi. Radionun əməkdaşı Qərbi Zəngəzurda (Sünik) yaşayan Marut Vanyanla birgə bölgədə olmuşdu. Vanyanın “90-cı illərdə, Qarabağ müharibəsi zamanı burdakı dəmir yolunu partlatdılar ki, qoy Azərbaycandan bura, sonra da Naxçıvana yol davam eləməsin” – söyləmişdi. Dəmir yolu Azərbaycan SSR dəmiryollarının balansında olmasa idi, erçməni terrorçuları onu niyə partladardı ki? Həm də rəsmi sənədlər var.

Hələ torpaqlarımız işğal altında olarkən bu mövzu ilə bağlı sorğumuza “daşdan keçən” cavab almışdıq. 2019-cu ildə Azərbaycan Dəmir Yolları QSC-dən sorğumuza verilən cavabı xatırladaq: “Horadiz-Ordubad sahəsində yerləşən dəmir yolu və onun infrastrukturu, o cümlədən Ermənistan Respublikası ərazisindən keçən 43,4 km dəmir yolu xətti Sovet İttifaqı dövründə Azərbaycan Dəmir Yollarının balansında olmuşdur”.

Kaluqin, Overçuk və digər Rusiya təmsilçilərinin bundan xəbərsiz olduğunu zənn etmirəm. Hesablamalara görə, indiki Ermənistan ərazisindən keçən dəmir yollarımıza vurulan zərər 13 milyona yaxın olub. Zəngəzur dəhlizindən keçib Arazdəyənə çatan dəmiryolu sovet Rusiyasına aid olsaydı, hansısa erməni onu söküb-dağıtmağa cürət eləməzdi, həm də Rusiya sərhədçilərinin gözləri qarşısında. Məhz Azərbaycanın əmlakı olduğuna görə yağmalanmasına şərait yaradılıb. Necə ki, Qarabağdakı rus sülhməramlıların gözləri qarşısında ermənilər sərvətlərimizi daşıyır, təmas xəttinə minalar basdırır, tarixi abidələrimizi dağıdır, evlərimizi yandırırdılar.

Rusiya rəsmiləri 13 fevral 2008-ci il anlaşmasına istinad edilər çox güman ki. O zaman “Ermənistan dəmir yolları” MMC 100 faiz Rusiyaya dəmir yollarının törəmə qolu olan Cənubi Qafqaz dəmiryolları ASC-nin balansına verilib. Amma söhbət Ermənistanın dəmiryollarından gedir, 90-cı illərdən qapadılan Mincivan - Mehri - Culfa dəmir yolunun - Zəngəzur dəhlizinin - Arazdəyənədək uzanan dəmiryolunun Rusiyaya nə dəxli var?!

Üstəlik, Ermənistanla Azərbaycan arasında mövcud olan Dilican - Qazax istiqamətindəki dəmir yolu ilə bağlı da əlavə araşdırma tələb olunur. Həmin xətt hələ 1989-cu ildən tam şəkildə fəaliyyətini dayandırmışdı, ermənilər relsləri söküb - dağıtmışdılar. Bizim deyəcəyimiz söz çoxdur, lap çox. Həm də ona görə ki, əlahəzrət faktlar danışır...

Görünən budur ki, Kreml 8 avqust razılaşmasını pozmaqdan ötrü “burda mən də varam” iştahı ilə hərəkətə keçib.

Elşad Paşasoy

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see274

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see231

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see220

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see187

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see178

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see175

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see165

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see155

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see155

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see142

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see141

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see138

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see136

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see135

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see134

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see128

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see127

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see124

Ukraynanın xəritəsi yenidən çəkilir: Kiyev üçün inanılmaz ssenari

16 Dekabr 2025 00:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri