Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Kremlin Azərbaycandakı bağlanan “gözü” Bakının verəcəyi qərar

Kremlin Azərbaycandakı bağlanan “gözü” Bakının verəcəyi qərar

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Moskva “Rus evi” ilə bağlı məsələnin həll olunacağına əmindir, lakin...

“Rusiya Azərbaycanda ”Rus evi" ətrafında yaranmış vəziyyətin həll olunacağına əmindir". Bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Mən əmin olduğumu bildirmişəm ki, biz həll yolunu tapacağıq. Bunun üçün dialoq aparmalıyıq. Biz Azərbaycanla bunu heç vaxt dayandırmamışıq”, - diplomat vurğulayıb.

Qaluzinin fikrincə, Moskva və Bakını müttəfiqlik əlaqələri birləşdirir və bu, artıq çox şeydən xəbər verir. O qeyd edib ki, Rusiya humanitar və mədəni əməkdaşlıq da daxil olmaqla, bütün yaranan məsələlərin həllini bu ruhda gözləyir. “Müttəfiqlərin əməkdaşlığı mədəni və humanitar sahədə genişmiqyaslı, müxtəlif mübadilələri və inkişafı nəzərdə tutur”, - o əlavə edib.

Nazir müavini “iki ölkənin çoxəsrlik ortaq tarixini və mədəniyyətlərin dərin qarşılıqlı nüfuzunu” xatırladıb. “Mən əminəm ki, bu prinsiplərdən çıxış edərək, biz ”Rus evi" probleminin qarşılıqlı məqbul həllini tapacağıq", - Qaluzin yekunlaşdırıb.

Rusiya niyə “Rus evi”ndə bunca təkid edir? Paytaxtda uzun illər qanunsuz fəaliyyət göstərmiş “Rus evi”nin, Rusiyanın Azərbaycandakı faktiki “gözü”nün açılmasına izin veriləcəkmi?

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tərəfi dialoqa həmişə hazırdır. “Biz Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilatların Respublikamızın qanunlarına uyğun formada fəaliyyət göstərməsinin tərəfdarıyıq”, Ç.Qənizadə dedi. O bunları əlavə etdi: “Təbii ki, icazəli şəkildə olmalıdır. Xarici dövlətlərin hər hansı bir təşkilatı, ofisi Azərbaycanda varsa onun fəaliyyəti, hətta üzərində yazılan adı Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır. Amma ”Rus evi" qanunlarımızı pozmuşdu. Yerləşdiyi binanın, ofisin adının yazılışından tutmuş, fəaliyyətinə qədər bir çox məsələlər qanunvericilikdə nəzərdə tutulduğu kimi deyildi. Ona görə də Azərbaycan tərəfi bununla bağlı qanunun tələbinə uyğun addımlar atmalı oldu. Rusiya tərəfi hesab edir ki, yaranmış vəziyyətin həll olunması ilə bağlı danışıqlar aparılmalıdır, əməkdaşlıq davam etməlidir və problemin həlli yolu tapılmalıdır. Biz də buna razıyıq. Bunun həlli yolu Azərbaycan qanunlarına uyğun fəaliyyətdən keçir. Əgər Rusiya tərəfi yenə əvvəlki hər hansı bir nəzarət olmadan adıçəkilən məkanın fəaliyyətini təmin etmək istəyirsə bu, artıq başa düşülən deyil".

Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bakıdakı “Rus evi” isə 11 fevral 2025-ci ildə açıqlama yayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar, “Rossotrudniçestvo”nun nümayəndəliyinin-Bakıdakı “Rus evi” öz fəaliyyətini dayandırdığını bildirib. Təyyarə qəzasından sonra Azərbaycan-Rusiya münasibətlərində müşahidə edilən soyuqluq “Rus evi”nin bağlanmasından sonra bir qədər də gərginləşib. Lakin gərginlik mart ayından etibarən yumşalmağa başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri