Icma.az
close
up
RU
Kremlin odla oynamaq siyasəti rusların özləri üçün acınacaqlı gələcək vəd edir

Kremlin odla oynamaq siyasəti rusların özləri üçün acınacaqlı gələcək vəd edir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Rusiya işğalçı siyasətini, azğınlığını davam etdirir. Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiyanın Silahlı Qüvvələri tərəfindən növbəti raket və dron hücumları baş verib".
Newscenter.az xəbər verir ki, bunları deyən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov bildirib ki, raketlərdən birinin Azərbaycanın Ukraynadakı səfirliyinin binasından cəmi yüz metr aralıda düşdüyü bildirilir:
"Məlumata görə, raket zərbəsi yanğına və güclü partlayışa səbəb olub. Partlayış nəticəsində binaya zərər dəyib, pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Xoşbəxtlikdən, səfirliyimizin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirlik fəaliyyətini davam etdirir".
Komitə sədri deyib ki, Rusiya, həmçinin Kiyev ətrafında "Bayraktar" PUA zavoduna da güclü zərbələr endirib:
"Bu, Rusiyanın həmin zavoda son altı ayda ikinci belə hücumudur. Xatırladaq ki, bundan öncə, iyulun 10-na keçən gecə Rusiyanın Kiyevə raket və PUA hücumu zamanı da PUA-lardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşmüşdü. Habelə, son iki ayda Rusiya davamlı olaraq bir neçə dəfə Ukrayna ərazisindəki SOCAR infrastrukturlarına aid obyektləri vurub".
Əlisahib Hüseynovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Kreml Azərbaycan və Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini və bu ölkəyə humanitar yardım göstərməsini, iqtisadi əməkdaşlığı genişləndirməsini bir fakt kimi, reallıq kimi qəbul etmək istəmir:
"Çünki Azərbaycan və Türkiyənin bu addımları Rusiyanın işğalçı siyasətinə mane olur. Lakin Moskva bu cür təxribatçı hərəkətləri və düşmənçilik mövqeyi ilə Bakı və Ankaranın Ukrayna xalqına dəstəyinin qarşısını ala bilməz. Rusiyanın Kiyevə endirdiyi zərbələr dünya birliyini Ukraynada sülhün və təhlükəsizliyin qorunması üçün daha təsirli addımlar atmağa və Rusiyanın zorakılığını dayandırmaq üçün hərəkətə keçməyə vadar edəcək. Kremlin odla oynamaq siyasəti rusların özləri üçün acınacaqlı gələcək vəd edir".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Avqust 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri