Icma.az
close
up
RU
Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin fəlakət ssenarisi işə düşəcək

Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin fəlakət ssenarisi işə düşəcək

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kreml sahibinin İstanbul görüşündə iştirakdan yayınması Rusiyanı sülh prosesindən uzaqlaşdırmaqla yanaşı, daha genişmiqyaslı iqtisadi və geosiyasi risklərlə də üzləşdirəcək... ABŞ və Avropa Birliyi bundan istifadə edərək, Ukraynaya hərbi dəstəyi artırmaqla yanaşı, Rusiyaya qarşı beynəlxalq təzyiqləri yeni səviyyəyə qaldırmaq üçün real səbəb qazanmış olacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna böhranı üzrə Tramp-Putin sövdələşməsinin pozulması və ABŞ-ın vasitəçilikdən çəkilməsi Rusiyanı hərbi -siyasi labirintə salıb. Kreml tezliklə ABŞ və Qərbin yenidən Rusiyaya qarşı birləşə biləcəyini artıq anlamağa başlayıb. Belə bir qlobal düşərgənin Rusiya üçün daha təhlükəli proseslərin başlamasına səbəb ola biləcəyi də qətiyyən şübhə doğurmur. Və bu səbəbdən də, Kreml tez-tələsik yaxınlaşan fəlakət ssenarisindən yayınmaq üçün müxtəlif manevrlər etmək məcburiyyətində qalıb.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin Ukraynanı Türkiyənin vasitəçiliyi ilə İstanbulda sülh müzakirələrinə başlamağa çağırması da bu baxımdan, Kremlin siyasi manevr cəhdindən başqa bir şey deyil. Bu manevr Kremlə müəyyən qədər vaxt qazandıra bilər. Ancaq zaman uzandıqca və sülh sazişi imzalanmadıqca, bu manevrin Rusiya əleyhinə çevrilərək, bumeranq effekti verə biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Avropa Birliyi Rusiya qarşı yeni sanksiyalar paketi barədə qərarını məhz İstanbul görüşündən sonraya saxladığını gizlətmir. Əgər, İstanbul görüşü uğursuz olarsa, ABŞ və Avropa Birliyi arasında Rusiyaya qarşı yeni təzyiqlər, o cümlədən də daha ağır sanksiyalar əsas müzakirə mövzusuna çevrilə bilər.

Belə ki, hətta əgər, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən imtina edərsə və ya atəşkəsə razılaşmazsa, Avropa Birliyi Ağ Ev sahibi Donald Trampı əlavə sanksiyalar tətbiq etməyə çağırmağı planlaşdırır. Və yeni sanksiyalarla bağlı yekun qərarını hələlik təxirə salan ABŞ da bütün diqqətini məhz İstanbul görüşünə yönəlib.

Halbuki, son məlumatlara görə, prezident Vladimir Putin legitimliyini şübhə altına aldığı Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək üçün İstanbula səfər niyyətində deyil. Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik edəcəyi bildirilir. Ona görə də, hazırda Kreml sahibinin İstanbul sülh prosesində şəxsən iştirakdan yayılacağı təqdirdə, Qərbin buna mümkün reaksiyası və yarana biləcək yeni situasiya böyük maraq doğurur.

Çünki Ukrayna savaşı hazırda regional deyil, qlobal miqyasda təhlükəsizlik və sabitlik üçün ciddi təhdidə çevrilib. İstanbul görüşü isə bu savaşın siyasi-diplomatik yollarla həllinə ümid yaradır. Ancaq Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putini şəxsən danışıqlarda iştiraka çağırması, sülh prosesinin uğuru üçün liderlərin birbaşa dialoqunun vacibliyini qabardır.

Beləliklə, prezidenti Vladimir Putinin İstanbul görüşündə şəxsən iştirakdan yayınması Rusiya üçün bir sıra yeni neqativ nəticələr doğura bilər. İlk növbədə Rusiyaya qarşı beynəlxalq siyasi-diplomatik təzyiqlərin güclənəcəyi qətiyyən şübhə doğurmur. Çünki Kreml sahibinin İstanbul görüşündə şəxsən iştirak etməməsi beynəlxalq ictimaiyyət tərəfindən Rusiyanın kompromisdən uzaq olması barədə təsəvvürləri gücləndirəcək. Və bu, Rusiya ilə gələcək siyasi-diplomatik münasibətlərin əngəllənməsi və mövcud beynəlxalq təcridin daha da dərinləşməsi ilə nəticələnə bilər.

Digər tərəfdən, prezident Putinin Kremldə qalması Rusiyaya qarşı yeni sanksiya dalğalarının da önünü açmış olacaq. Yəni, Avropa Birliyi və ABŞ-ın həm iqtisadi və həm də texnoloji sanksiyaların əhatə dairəsini genişləndirəcəyi ehtimal olunur. Xüsusilə də, enerji sektoruna və strateji sənaye sahələrinə yönəlmiş sanksiyalarla Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr intensivlik qazana bilər.

Bu prosesdə Kremli daha ciddi şəkildə narahat etməli olan əsas ssenarilərdən biri məhz Ukraynaya hərbi dəstəyin yenidən artırıla biləcəyi ilə bağlıdır. Belə ki, Qərb ölkələri, xüsusilə də ABŞ, Ukraynaya hərbi, maliyyə və texniki yardım paketlərini genişləndirərək, Rusiya üzərindəki hərbi və iqtisadi təzyiqlər mühitini daha da tündləşdirə bilər. Buna paralel olaraq, Rusiya və Qərb arasında informasiya müharibəsinin daha da güclənəcəyi gözlənilir. Və Rusiyanın “sülh çağırışlarını rədd edən tərəf” kimi təqdim ediləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, İstanbul görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirakı, prezident Vladimir Putinin siyasi məsuliyyətdən uzaq qalmaq cəhdi kimi də yozula bilər. Əgər, İstanbul görüşündə müzakirələr dalana dirənərsə, ABŞ və Qərb bunu Rusiyanın taktiki manevri kimi qəbul edəcək. Və bu, Kremlin məqsədyönlü şəkildə sülh prosesinin uzadılmasına cəhd göstərdiyi barədə qənaətləri möhkəmləndirəcək.

Təbii ki, bu halda, Rusiya əleyhinə ən təhlükəli ssenariləri stimullaşdıra bilər. Xüsusilə də, Rusiyaya qarşı yeni sanksiyalarla yanaşı, Kremlin siyasi-diplomatik izolyasiyanın dərinləşməsi istisna deyil. Bu ssenari Qərbin strateji qərarlarının birmənalı şəkildə Ukraynanın xeyrinə yönəltməsinə yol aça bilər. Əgər, Kreml sahibi bu ssenaridən yayınmaq üçün İstanbul görüşünə qatılaraq, məqsədyönlü şəkildə qəbuledilməz şərtlər irəli sürərsə, Qərb bunu yalnız manipulativ manevr kimi qəbul edə bilər.

Ona görə də, Rusiya üçün prezident Vladimir Putinin İstanbul görüşünə qatılması və Kremlin kompromislərə açıq olduğunu da biruzə verməsi yeganə müsbət ssenari olardı. Çünki bu halda, Ukrayna savaşının dayandırılması prosesində sülh üçün real imkanlar yaranar və Qərb Rusiyaya qarşı mövcud sanksiyaların mərhələli şəkildə yumşaldılmasını müzakirəyə çıxartmaq məcburiyyətində qalar. Və əslində, məhz bu ssenari Rusiyanın "savaş bataqlığı"ndan çıxmaq şansını gücləndirə bilər.

Belə anlaşılır ki, prezident Vladimir Putinin İstanbul görüşündə iştirakı indi Rusiya tale yüklü seçim xarakteri daşıyır. Kreml sahibinin iştirakdan yayınması isə Rusiyanı sülh prosesindən uzaqlaşdırmaqla yanaşı, həm də daha genişmiqyaslı iqtisadi və geosiyasi risklərlə də üzləşdirə bilər. Və Rusiyanın bu risklərə müqavimət potensialı hazırda o qədər də cəlbedici görünmür.

Çünki Qərb, xüsusilə də ABŞ və Avropa Birliyi bundan istifadə edərək, Ukraynaya hərbi dəstəyi artırmaqla yanaşı, Rusiyaya qarşı beynəlxalq təzyiqləri yeni səviyyəyə qaldırmaq üçün bəhanə qazanmış olacaq. Bu baxımdan, prezident Vladimir Putinin legitimliyini tanımadığı Ukrayna lideri Volodimir Zelenski ilə sülh masasına şəxsən oturması indi məhz Rusiyaya lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see228

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see146

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see137

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see135

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see135

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see132

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see131

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see128

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see128

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see125

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri