Krımda milyonlarla dollar dəyərində Rusiya S 400 “Triumf” qurğuları məhv edilib
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, əməliyyat zamanı iki ədəd S-400 “Triumf” zenit-raket kompleksinin buraxılış qurğusu və “Orion” pilotsuz uçuş aparatlarının idarəetmə antenası məhv edilib.
Məlumata əsasən, əməliyyatı Ukrayna BKİ-nin xüsusi təyinatlı “Group 13” bölməsinin əməkdaşları həyata keçirib. Zərbə avqustun əvvəlində Krım ərazisində keçirilən əməliyyat çərçivəsində endirilib.
Kəşfiyyatçıların bahalı hərbi hədəflərə hücum etmək üçün FPV dron daşıyıcıları olan çoxməqsədli dəniz platformalarından — “Magura” sistemlərindən istifadə etdiyi bildirilib.
BKİ-dən bildirilib ki, “Group 13” əməliyyatı nəticəsində Rusiya işğalçı ordusunun itkilərinin ümumi dəyəri on milyonlarla dollarla ölçülə bilər.
Daha əvvəl Ukrayna BKİ-nin xüsusi təyinatlılarının müvəqqəti işğal olunmuş Krımda Rusiyanın “Pantsir-S1” zenit-raket-top kompleksini məhv etdiyi bildirilmişdi. Həmin qurğunun dəyərinin təxminən 15 milyon dollar olduğu qeyd olunurdu.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert (Madjar) Brovdi isə bildirib ki, Qərb müttəfiqləri tərəfindən vəd edilən vasitələr daha sürətli təmin olunsaydı, Krımdakı hərbi obyektlərə zərbələrin sayını dəfələrlə artırmaq mümkün olardı.
Onun sözlərinə görə, Pilotsuz Sistemlər Qüvvələri Krım istiqamətində genişmiqyaslı əməliyyatlar aparmaq üçün tələb olunan imkanların yalnız 14 faizi ilə təmin olunub.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 10 Avqust 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















