Icma.az
close
up
RU
Kripto və romantika: maliyyə savadlılığının münasibətlərdəki rolu

Kripto və romantika: maliyyə savadlılığının münasibətlərdəki rolu

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni məlumatlar yüksək risk alan kripto treyderləri ilə bağlı stereotiplərə meydan oxuyur və onların qərar qəbul etmə tərzlərini, güzəştləri necə idarə etdiklərini və münasibətlərdə maliyyə uyğunluğuna baxışlarını araşdırır.

Dünyanın ən böyük kriptovalyuta birjasının arxasında duran qlobal blokçeyn ekosistemi Binance tərəfindən aparılan yeni bir sorğu, əksər kripto investorlarının həm investisiya, həm də romantik münasibətlərdə uzunmüddətli yanaşmaya üstünlük verdiyini göstərir. Respondentlərin demək olar ki, yarısı (49%) özlərini “Forever HODLer” adlandırır, yəni həm maliyyədə, həm də sevgidə uzun müddətli bağlılıq nümayiş etdirirlər. Bu və digər maraqlı nəticələr Sevgililər Günü ərəfəsində Binance tərəfindən keçirilən qlobal sorğu zamanı üzə çıxıb. Araşdırma çərçivəsində 2,200 kripto istifadəçisi maliyyə qərarlarını və romantik münasibətlərini necə idarə etdikləri ilə bağlı fikirlərini bölüşüblər.

Uzunmüddətli düşüncə tərzi sorğuda iştirak edənlərin 48%-i tərəfindən dəstəklənir. Onlar kriptovalyuta ilə münasibətlərini “ömürlük bağlılıq” kimi təsvir edirlər. Bununla belə, bir çoxları fərqli yanaşma sərgiləyir, bir sahədə uzunmüddətli planlar quraraq digərində daha elastik davranır və ya hər iki sahədə dəyişkənliyə açıq qalırlar:

19% – “Trader & Romantic” yanaşmasını qəbul edir, yəni kriptovalyutada yüksək riskə gedir, lakin münasibətlərdə sabitliyə üstünlük verirlər. 17% – “Investor & Free Spirit” modelini tətbiq edir, maliyyə sahəsində uzunmüddətli oyun oynayır, lakin münasibətlərdə daha çevik davranırlar. 14% – “Risk Chaser” kateqoriyasına daxildir, yəni həm investisiya, həm də sevgidə seçimlərini açıq saxlayırlar.

Bu tapıntılar kripto investorlarının impulsiv risk alanlar kimi qəbul edilməsinə meydan oxuyur. Əslində, əksəriyyəti həm portfellərinə, həm də şəxsi həyatlarına eyni diqqətli, uzunmüddətli yanaşmanı tətbiq edirlər. “Güclü maliyyə gələcəyi qurmaq səbir və strateji planlaşdırma tələb etdiyi kimi, uzunmüddətli münasibətləri inkişaf etdirmək də eyni səyləri tələb edir,” – deyə Binance-in Məlumat Analitikası rəhbəri Endi Qoldin bildirib. “Uğurun tək bir formulası yoxdur – bəziləri həm maliyyədə, həm də münasibətlərdə sabitliyi üstün tutur, digərləri isə bir sahədə risk götürüb, digərində ehtiyatlı davranır. Nəticədə, hər kəs özünə uyğun strategiyanı tapmalıdır.”

Münasibətə yanaşma tərzlərindən əlavə, sorğu kripto investorlarının qərar qəbul etmə tərzlərini və həm maliyyə, həm də şəxsi həyatlarında prioritetlərini necə tarazlaşdırdıqlarını ortaya qoyur. Hər üç nəfərdən biri (34%) həm sevgidə, həm də maliyyədə strategiya və məntiqə əsaslanır. Digərləri isə ya hər iki sahədə emosiyalarına güvənir, ya da birində risk alıb, digərində sabitliyə üstünlük verirlər.

Prioritetlərə gəldikdə, həm kripto, həm də münasibətlər müəyyən güzəştlər tələb edir. Üçdə bir hissə (32%) həyat tərzindən fədakarlıq etmədən kriptoya investisiya etməyə davam edir. Lakin 42% böyük alışları (ev, maşın) gecikdirməklə, alış-verişi azaltmaqla və ya səyahət xərclərini azaldaraq maliyyə hədəflərinə üstünlük verir. Eyni şəkildə, münasibətlər də öz kompromislərini tələb edir. Respondentlərin 29%-i sevgi üçün heçnədən imtina etmədiyini bildirsə də, 58%-i partnyorlarına daha çox vaxt ayırmaq, sosial fəaliyyətlərini azaltmaq və hətta maliyyə vərdişlərini münasibətlərinə uyğunlaşdırmaqla sevgiyə üstünlük verdiklərini deyir.

Maliyyə uyğunluğu romantik münasibətlərdə də mühüm rol oynayır. Respondentlərin 59%-i uzunmüddətli münasibətlərin qurulmasında ortaq maliyyə dəyərlərinin əsas olduğunu vurğulayır. “Kripto gündəlik həyatın getdikcə daha ayrılmaz hissəsinə çevrildikcə, insanlar rəqəmsal aktivlər haqqında daha çox öyrənməyə can atırlar. Yalnız keçən il Binance Academy-yə 44 milyon istifadəçi kripto biliklərini artırmaq üçün baş çəkib,” – deyə Qoldin bildirib. “Bu yeni sorğu nəticələri göstərir ki, kripto üzrə maliyyə savadlılığının artması münasibətlərdə maliyyə uyğunluğunu da gücləndirə bilər. Bu da cütlüklərə maliyyə məsələlərində daha inamlı və qarşılıqlı anlayışla irəliləməyə kömək edə bilər”.

Sorğu haqqında

Sorğu 6-10 fevral 2025-ci il tarixlərində Binance Survey platformasında keçirilib və həm Binance istifadəçiləri, həm də qeyri-istifadəçilər üçün açıq olub. Ümumilikdə, dünyanın müxtəlif yerlərindən 2,200 iştirakçı bu araşdırmada iştirak edib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 17 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri