Kriptobirjada əsas aktivlərdə artım, Bitcoin də nisbi eniş müşahidə olunub
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Son sutkada kriptovalyuta bazarında “Bitcoin”dən başqa digər əsas aktivlərdə artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, bazar kapitallaşması 2,22 trilyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 0,08% azdır. CoinMarketCap 20 indeksi isə 0,02% artaraq 132,5 bəndə yüksəlib.
Ən böyük kriptovalyuta olan Bitcoin 24 saatda 0,28% ucuzlaşaraq 64 559,66 ABŞ dollarına enib. Ethereum isə 2,22% bahalaşaraq 1 916,95 ABŞ dollarına yüksəlib. BNB 0,08% artaraq 580,91 ABŞ dolları olub.
Qızıl əsaslı rəqəmsal aktivlərdən Tether Gold (XAUt) 0,05% artaraq 4 029,32 ABŞ dollarına, PAX Gold (PAXG) isə 0,06% bahalaşaraq 4 027,63 ABŞ dollarına çatıb.
Digər əsas kriptovalyutalardan Monero 0,04%, Zcash isə 1,96% bahalaşıb. Bitcoin Cash isə 5,67% ucuzlaşıb.
Bazar iştirakçılarının əhvalını göstərən Fear & Greed Index 35 bənd səviyyəsində qalıb ki, bu da investorların ehtiyatlı mövqeyini qoruduğunu göstərir.
Analitiklər bildirirlər ki, bazarda ciddi dəyişiklik olmamasının əsas səbəbi investorların ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilər və yeni iqtisadi göstəricilər açıqlanmadan əvvəl böyük həcmli alış-satışlardan çəkinməsidir. Bu səbəbdən kriptovalyutaların əksəriyyətində qiymətlər kiçik dəyişikliklərlə məhdud qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 16 İyul 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















