Icma.az
close
up
RU
Kriptovalyuta dolları niyə əvəz etməyəcək? İqtisadçı səbəbləri açıqladı

Kriptovalyuta dolları niyə əvəz etməyəcək? İqtisadçı səbəbləri açıqladı

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Artıq on ildən çoxdur ki, "Bitcoin" və "Ethereum" kimi kriptovalyutalar maliyyə səhnəsində mövcuddur. Onlar mərkəzi bankların və dövlət nəzarətinin olmadığı, sürətli və şəffaf ödənişləri təmin edən "gələcəyin pulu" kimi təqdim olunur. Bununla belə, bu rəqəmsal aktivlərə münasibət hələ də birmənalı deyil. Bir tərəfdən, texnologiyanın tərəfdarları onun inqilabi potensialına inanır, digər tərəfdən isə dövlətlər və maliyyə qurumları dəyişkən qiymətlər, tənzimləmənin olmaması və pul yuyulması risklərinə görə bu yeniliyə şübhə ilə yanaşırlar.

Bu vəziyyət əsas sualı ortaya çıxarır: kriptovalyuta nə vaxtsa manat, dollar və ya avro kimi əsas valyuta vasitəsi ola biləcəkmi? Əgər bu baş verməyəcəksə, kriptovalyutanın bu böyük maliyyə hədəfinə çatmasına mane olan əsas maneə nədir?

Mövzunu Oxu.Az üçün şərh edən iqtisadçı Kamran Hacıyevin fikrincə, kriptovalyuta dolları və ya manatı əvəz etməyəcək. Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, "Bitcoin", "Ethereum" kimi kriptovalyutalar mövcuddur, amma hələ dünyada əsas pul vahidinə çevrilməyiblər və yaxın illərdə də belə olmaq ehtimalı azdır.

İqtisadçı bu vəziyyətin 4 əsas səbəbini sadalayıb:

1. Qiymətin dəyişkənliyi: kriptovalyutanın dəyəri sabit deyil. Məsələn, bu il bir "Bitcoin" gah 68 000 dollara, növbəti il 16 000 dollara düşür. Buna görə də, sabah qiyməti yarıya düşə bilmə riski səbəbindən dövlətlər və insanlar onu sabit pul kimi istifadə edə bilmirlər.

2. Dövlət nəzarəti: dövlətlər öz pullarını nəzarətdə saxlamaq istəyir. Kriptovalyuta isə mərkəzsiz sistemdir: heç kim çap etmir, heç kim nəzarət etmir. Bu, bir tərəfdən azadlıq olsa da, digər tərəfdən vergiləri, maliyyə sabitliyini və təhlükəsizliyi çətinləşdirir. Buna görə də dövlətlər kriptoya yox, öz rəqəmsal pullarını yaradırlar. Kamran Hacıyev qeyd edir ki, Çin - "rəqəmsal Yuan", Avropa - "rəqəmsal Avro", ABŞ - "FedCoin" ideyasını irəli sürür, Azərbaycan isə "rəqəmsal manat" layihəsini araşdırır.

3. Qanuni uyğunsuzluq: ümumi qayda yoxdur. Bəzi ölkələr kriptovalyutanı qəbul edir (məsələn, Salvador), bəziləri yalnız investisiya aləti kimi baxır (məsələn, Avropa), bəziləri isə qadağan edir (məsələn, Çin). Ümumi qaydanın olmaması onun geniş yayılmasına mane olur.

4. Enerji sərfiyyatı: "Bitcoin" və digər kriptovalyutaların çıxarılması, hasilatı, istehsalı ("mining") prosesi çox enerji yeyir. Dünya artıq enerjiyə və ekologiyaya həssas yanaşdığı üçün bu da böyük problemdir.

İqtisadçı kriptovalyutanın ən böyük risklərindən biri olan pul yuyulması məsələsinə də toxunub. Kriptovalyuta çox vaxt anonim və dövlət nəzarətindən kənar olduğu üçün qanunsuz yollarla qazanılmış pulları gizlətmək və ya yumaq üçün istifadə olunur.

Bunun əsas səbəbləri anonimlik (əməliyyatlarda ad yox, rəqəmsal kod görünür), nəzarətsizlik, sərhədsiz köçürmə və Mikser, Gizli Valyutalar (Monero, Zcash) kimi sistemlərin izlənməyi çətinləşdirməsidir. Məsələn, cinayətkarlar oğurlanmış və ya vergidən yayınmış pulları kriptoya çevirib başqa ölkəyə keçirirlər. FATF və Chainalysis məlumatlarına görə, 2023-cü ildə kriptoda təxminən 10 milyard dollardan çox "qara pul" əməliyyatı qeydə alınıb.

Bunun qarşısını almaq üçün böyük birjalar ("Binance", "Coinbase") artıq şəxsiyyəti yoxlayır (KYC), şübhəli hesablar bloklanır. Beynəlxalq təşkilatlar (FATF, İnterpol) isə kriptoda pul yuyan şəbəkələri izləyir. İqtisadçı qısa nəticə olaraq bildirib ki, kripto özü pis deyil, amma nəzarət olmadıqda pul yumaq üçün istifadə oluna bilər. Buna görə indi dövlətlər və birjalar daha çox şəffaflıq və yoxlama sistemləri qururlar.

Kamran Hacıyev vurğulayıb ki, kriptovalyutanın arxasında olan blokçeyn texnologiyası isə çox faydalıdır. Bu texnologiya sayəsində əməliyyatlar şəffafdır və saxtalaşdırmaq çətindir, bank olmadan ödəniş etmək mümkündür, xərclər azalır və əməliyyatlar sürətlənir. Artıq banklar və dövlətlər bu texnologiyadan öz rəqəmsal pullarında istifadə etməyə başlayıblar.

Kamran Hacıyevin yekun nəticəsinə görə, kriptovalyuta yaxın illərdə dolları və ya manatı əvəz etməyəcək, amma pulun gələcək forması onun prinsipi ilə işləyə bilər. Yəni gələcəkdə cibimizdə kağız pul olmasa da, rəqəmsal manat və ya dollar blokçeyn sistemi ilə işləyə bilər - bu isə "Bitcoin"in ideyasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri