Icma.az
close
up
RU
Niyə kreditlər bahadır? İqtisadçı səbəbləri açıqladı

Niyə kreditlər bahadır? İqtisadçı səbəbləri açıqladı

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa və Azərbaycanın bank sektorları arasındakı kredit faizləri iqtisadi sabitlik və risk səviyyələrinə görə kəskin fərqlənir. 2026-cı ilin cari göstəricilərinə əsasən, Avrozona ölkələrində orta kredit dərəcələri təxminən 3.5% – 4% civarında olduğu halda, Azərbaycanda manatla verilən kreditlər üzrə bu rəqəm orta hesabla 15% – 19% arasında dəyişir.

Avropada aşağı inflyasiya və güclü maliyyə resursları ucuz kredit imkanları yaratsa da, Azərbaycanda yüksək əməliyyat xərcləri və risk marjası faizlərin yuxarı qalmasına səbəb olur. Xüsusilə istehlak kreditlərində Azərbaycan bankları bəzən 20%-dən yuxarı dərəcələr tətbiq etdiyi halda, Avropa ölkələrində hətta istehlak kreditləri nadir hallarda 7-8%-i keçir.

Azərbaycanın kredit bazarı Avropa ilə müqayisədə hələ də kifayət qədər bahalı hesab olunur.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yüksək faizlər ümumiyyətlə kredit riskinin göstəricisidir.

“Kredit riski nədir? Verdiyim pulun qaytarılmama ehtimalı və yaxud qaytarılmasında problemin yaranması ehtimalıdır. Yəni bu ehtimal nə qədər yüksəkdirsə, faiz də bir o qədər artır. Bank daha yüksək faizlə kredit verir, çünki bilir ki, problemlər olacaq, problem ehtimalı yüksəkdir. Deməli, əlavə xərcləri olacaq və bu xərcləri də həmin yüksək faizlər hesabına qarşılamalıdır.

Tutaq ki, bank 1000 nəfərə kredit verir və bilir ki, onlardan 100 nəfərdə problem yaranacaq. Buna görə də hamıya tətbiq olunan faiz yüksək olur ki, əldə edilən gəlir hesabına geri qaytarılmayan kreditlərin yaratdığı xərclər ödənilsin. Yəni kredit riski mahiyyətcə budur”, – deyə iqtisadçı bildirib.

Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda riskin yüksək olmasının əsas səbəblərindən biri insanların ödəniş qabiliyyətinin zəif olmasıdır: “Sahibkarlar üçün də qeyri-müəyyənlik çoxdur. Biznesdə qeyri-müəyyənlik nədir? Bu gün obyektin, evin var, sabah gəlib əlindən ala bilərlər. Biz buna ölkədə tez-tez şahid oluruq. Özbaşınalıq halları var, qanunlar ya işləmir, ya da mülkiyyət hüququ kifayət qədər qorunmur. Belə bir şəraitdə ümumi risklər yüksək olur və nəticədə faizlər də artır”.

Əkrəm Həsənov bildirir ki, Avropa ölkələrində isə vəziyyət fərqlidir.

“Avropanın hansı ölkəsində belə hallar var ki, hansısa tikinti şirkəti ortaya çıxıb ‘bu binanı sökürəm, yerində yenisini tikəcəyəm, nə vaxtsa sizə oradan mənzil verəcəyəm’ deyib insanların evini dağıtsın? Kim razı oldu, olmadı, fərq etmədən söküntü aparılsın? Belə hallar yoxdur. Orada hüquqi təminat və əminlik var, bizdə isə bu səviyyədə deyil.

Digər tərəfdən, banklar kredit verərkən öz vəsaitlərini deyil, cəlb etdikləri vəsaitləri istifadə edirlər. Yəni əmanətləri. Əmanət qoyanlar da Azərbaycanda yüksək faiz gözləyir. Avropa ölkələrində əmanət faizləri 1–2 faiz olduğu halda, bizdə bu göstərici təxminən 12 faizdir. Yəni əmanətçinin gözləntisi yüksəkdir, çünki ölkədə risklər çoxdur və o, daha çox qazanmaq istəyir”, – deyən iqtisadçı bildirib ki, bu şəraitdə banklar da yüksək faizlə kredit verməyə məcbur olur. Kreditlərin son dövrlərdə artması məsələsinə gəldikdə isə bu da müəyyən mənada gözləniləndir. Çünki ölkədə vəsaiti olan insanlar onu daha çox banka yerləşdirirlər. Sahibkarlıqla məşğul olmaq çətinləşib. Daşınmaz əmlak bazarında da müəyyən geriləmə gözləntiləri var.

Nəticədə vəsaitlər banka yönəlir və bank da həmin vəsaiti kredit kimi təqdim etməlidir ki, həm gəlir əldə etsin, həm də əmanətlər üzrə faiz ödənişlərini təmin edə bilsin.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 May 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri