“Kristal Abşeron” rebrendinq etdi Yeni ad, yeni loqo, yeni yanaşma
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Kristal Abşeron” rebrendinq həyata keçirib. 31 may tarixində “Gülüstan” sarayında keçirilən tədbirdə şirkət yeni ad və brend kimliyini ictimaiyyətə təqdim edib. Bu gündən etibarən şirkət fəaliyyətini “Kristal” adı ilə davam etdirəcək.
Tədbirin açılış nitqini “Kristal”ın Müşahidə Şurasının sədri Məhayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti ərzində formalaşan əsas dəyərlərdən danışıb və rebrendinqin bu dəyərləri qorumaqla yanaşı, onları daha çağdaş yanaşmalarla zənginləşdirməyə xidmət etdiyini qeyd edib.
Yeni kommunikasiya strategiyası insan mərkəzli yanaşmaya əsaslanır. Bu kontekstdə şirkətin rəsmi veb-saytı da yenilənib — əvvəlki kristalabsheron.az ünvanı kristal.az ilə əvəz olunub. Yeni sayt istifadəçilərə daha sadə, sürətli və əlçatan interfeys təklif edir.
Şirkətin təqdim etdiyi əsas yeniliklərdən biri isə əmlak sektorunda ilk olacaq mobil tətbiqdir. 30-dan çox funksiyaya malik bu smart tətbiq, sakinlərin gündəlik həyatını asanlaşdırmağa yönəlib və yaşayış sahələrində rahatlığı maksimum dərəcədə təmin etməyi hədəfləyir.
Etibarlılıq, dürüstlük və keyfiyyət prinsiplərinə sadiq qalaraq fəaliyyət göstərən “Kristal”, yeni brend kimliyi ilə inkişaf yolunu daha müasir və dinamik şəkildə davam etdirməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 İyun 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















