Kriştianu Ronaldu Lionel Messinin ən yaxşı futbolçu olduğunu ETİRAF ETDİ
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanın "Ən-Nəsr" klubunun üzvü Kriştianu Ronaldu gözlənilməz etiraf edib.
Oxu.Az xəbər verir ki, dünya ulduzu "Give Me Sport"a müsahibəsində "Dünyanın ən yaxşı futbolçusu kimdir?" sualına səmimi cavab verib.
"Bütün dövrlərin üç ən yaxşı futbolçusu? Bu siyahıya özümü və yəqin ki, Lionel Messi və Zinəddin Zidanı daxil edərdim".
Bununla belə, Ronaldu bu mövzuda mübahisələrin heç vaxt başa çatmayacağını söyləyib:
"Əgər Dünya Kubokunu qazansam belə, planetin ən yaxşı futbolçusu ilə bağlı mübahisələr səngiməyəcək. Bəziləri məni çox, digərləri isə az sevir. Tarixdə mübahisələr deyil, rekordlar qalacaq. Əlbəttə, Dünya Kuboku mənim mükafatlar kolleksiyamda artıq yer tutmazdı. Bunu yalnız arzulamaq olar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















