Icma.az
close
up
RU
Krunoslav Renduliç: İkili mübarizələrdə rəqibə uduzurduq

Krunoslav Renduliç: İkili mübarizələrdə rəqibə uduzurduq

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bura qələbə üçün gəlmişdik. Təəssüflər olsun ki, buna müvəffəq olmadıq. Buna baxmayaraq futbolçularıma təşəkkür edirəm. İlk hissədə daha yaxşı ola bilərdik. Son ötürmələrdə çatışmazlıq var idi. İkinci hissənin əvvəlində qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyil. Futbolçularım təslim olmadılar. Bilirdik ki, çətin oyun olacaq. "Turan Tovuz" fiziki cəhətdən yaxşı komandadır. Birinci hissədə ikili mübarizələrdə rəqibə uduzurduq".

Sportal.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 14-cü turunun “Turan Tovuz”la oyunundan sonra mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını cavablandırıb.

- Xal fərqinin artması sizi narahat etmir?

- Əlbəttə ki, bizi çox narahat edir. Yeddi oyundur qalib gələ bilmirik. Üçüncü yerlə aramızda 8 xallıq fərq var. Böyük də görünə bilər, kiçik də. Necə yanaşmağımızdan asılıdır. Qələbə seriyasını yaxaladıqdan sonra fərqi aradan qaldıra bilərik. Bunun üçün potensialı var.

- Enişin qarşısını almaq üçün hansı planınız var?

- Oyunumuza eniş deməzdim. Layiq olduğumuz xallardan az toplamışıq. Performansla bağlı nəsə deyə bilmərəm. Xal qazana bilmədiyimiz isə aydındır.

- Bəxtsizliyi necə aradan qaldırmağı düşünürsüz?

- Bir çox oyunlarda fürsətləri dəyərləndirə bilmədik. "Qarabağ"la matçda 3 real şansımız var idi. "Zirə" və "Neftçi" ilə matçlarda da. Bu, futboldur. "Kəpəz"lə görüşdə yüz faizli epizodları vura bilmədik. Amma son saniyələrdə qapımızda qol gördük. "Mançester Siti" də 5 oyundur məğlub olur.

- Demişdiz ki, itirdiyimiz xallarla bağlı film çəkmək olar. Sizcə, həmin filmin baş rolunda kim olmalıdır?

- Elə hamımız. Son 6 matçda 12 real qol şansımız olub, cəmi 6 qol vurmuşuq. Rəqiblərimiz isə 4 vəziyyətdən 8 qol vurub.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Noyabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri