Icma.az
close
up
RU
Krunoslav Renduliç: “Birinci saniyədən hücumu düşünəcəyik”

Krunoslav Renduliç: “Birinci saniyədən hücumu düşünəcəyik”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – “Sent Patriks” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Birinci oyundan sonra geridəyik. Oyun ağır olacaq. Buna baxmayaraq, hər iki komandanın şansı var. Şanslarımızdan istifadə etməyə çalışacağıq. Oyuna hazırıq. Bəzi itkilərimiz var, amma çalışacağıq ki, problemlərin həllini tapaq.

– Səfərdə gözləniləndən zəif təsir bağışladınız. Sabah rəqib üçün hansı sürprizi, oyun modelini hazırlamısınız? Və əminsinizmi ki, bu plan alınacaq?
– Müəyyən hissədə sizinlə razıyam. İstədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə azlıqdan sonra möhtəşəm oyun göstərə bilməzdik. Faktdır ki, 0:1 hesabıyla uduzmuşuq. Bir fakt da odur ki, şanslar bərabərdir.

– Müdafiə xəttiniz son üç oyunda pid təsir bağışlayır. Müdafiəni gücləndirmək üçün resept varmı?
– Resept çox sadədir. Hər kəs müdafiəyə kömək olmalıdır. Avropada asan rəqib yoxdur. Hücumçun müdafiəyə kömək etməyəcəksə, çətin olacaq.

– “Makkabi” ilə uğurlu oyundan sonra yaranan tendensiya maraqlıdır. İtkiləriniz var, bunun səbəbini nədə görürsünüz?
– Öncə onu deyim ki, futbolda belə hallar olur. “Makkabi”yə qarşı oyunumuz 3 saat çəkdi. 72 saat keçməmiş “Şamaxı” ilə oynadıq, həm də saat 17:30-da. Bu bəhanə deyil. Amma zədəlilərimiz var idi. “Şamaxı” iki zərbə vurdu və hər biri qol oldu. Bu oyundan üç xal gözləyirdik, olmadı. “Zirə” ilə matçda isə penaltiyə qədər bərabər oynayırdıq. Amma penalti bütün matçın taleyini həll etdi. Məğlubiyyət olanda bəzi şeylər pis olur. Amma hər zaman yaxşı şeylərə baxmağa üstünlük verirəm. Mənə görə oyunçularımızın yanaşması çox yaxşı idi.

– Ötən mövsüm də “Partizan”la oyunda yaxşı nəticədən sonra məğlubiyyət oldu və komanda çempionatda eniş yaşadı. İndi də sanki eyni situasiyadır. Hansısa həll yolunuz var?
– Gənc klubuq. Belə proseslər normaldır. Ardıcıl avrokuboklara vəsiqə qazanmaq bizim kimi klub üçün yaxşı nəticədir. Onu da nəzərə almalıyıq ki, 7 günə 2 oyun oynamaq çətindir. Əlavə vaxtlar, uzun səfərlər və s. Bunlar hamısı oyunlara təsir edir.

– Gənc klub olsanız da, ötən mövsüm bu təcrübəni yaşamısınız. Bundan dərs çıxarılıb?
– Ötən il ötən ildə qaldı. Müqayisə etməyək.

– Rəqib sanki ağır komandadır. Sabah dinamikanl yüksəltmək üçün hansı addımları atmağı düşünürsünüz?
– Sabah birinci saniyədən hücumu düşünəcəyik.

– Penaltilər seriyasına hazırlaşmısınız?
– Hazırlaşmamışıq. Düşünürəm ki, oyun o yerə qədər getməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri