Kruq plyonkaya görə ştrafnoya aparılan sürücü indi də nömrəsiz sürüb təhlükə yaradır VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 17-də, paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, 99-PV-082 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü ön qeydiyyat nişanını çıxararaq hərəkət edib. O, sağ zolağa manevr edən zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq təhlükə yaradıb.
Qeydə alınmış videodan aydın şəkildə görünür ki, sürücü avtomobilin konstruksiyasına müdaxilə edib.
Qeyd edək ki, bir müddət əvvəl həmin sürücü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən plyonka çəkdiyi üçün yol polisi əməkdaşları tərəfindən duracağa yerləşdirilmişdi. Görünən mənzərədən aydın olur ki, bu sürücü inzibati məsuliyyət tədbirlərindən heç bir nəticə çıxarmayaraq, yenə də intizamsılıq etməyə davam edir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















