KTMT: Ermənistanla ABŞ arasında tərəfdaşlıq ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır
Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan- ABŞ tərəfdaşlığı digər dövlətlər və birliklər üçün təhlükəsizliyə təhdid yaratmamalıdır. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, iki ölkənin strateji tərəfdaşlığının perspektivlərini qiymətləndirmək üçün müvafiq sənədlərlə tanış olmaq lazımdır. Tasmaqambetov qeyd edib ki, ABŞ-la belə ikitərəfli münasibətlərin qurulması Ermənistanın suveren hüququdur.
Bu arada KTMT-nin baş katibi söhbətində vurğuladı ki, bu halda dövlətlər “bərabər və bölünməz təhlükəsizlik” prinsipinə əməl etməyə borcludurlar.
Mövsüm
Aznews.az

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq
14 Yanvar 2025 09:21
“Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişi İrəvanın kobud səhvidir”
21 Yanvar 2025 14:54
ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır
09 Yanvar 2025 11:21
Paşinyan: Ermənistanla KTMT arasında münasibətlər geri dönüş nöqtəsini keçib
04 Dekabr 2024 17:10

