Icma.az
close
up
RU
KTN tərəfindən növbəti maarifləndirmə sessiyalarına başlanıldı FOTOLAR

KTN tərəfindən növbəti maarifləndirmə sessiyalarına başlanıldı FOTOLAR

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən növbəti maarifləndirmə sessiyalarına başlanılıb. Muxtar respublikanın bütün bölgələrini əhatə edəcək sessiyalar Azərbaycan Respublikası Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni qərarla bağlı istehsalçıların məlumatlandırılması məqsədilə keçirilir

Manset.az xəbər verir ki, maarifləndirmə sessiyalarına ilk olaraq Kəngərli rayonunda başlanılıb. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icar edən Xəyalə Dadaşova bildirib ki, muxtar respublikada aqrar sahə üzrə subsidiyalar ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq ödəniləcək. Fərmanın tələblərinə görə subsidiyaların verilməsi elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə tənzimlənir. Hazıradək elektron sistemin mövcud olmaması səbəbindən  muxtar respublikada qeyd olunan fərmanın tələblərinin həyata keçirilməsi mümkün olmayıb. Bu məqsədlə  keçid dövrü ilə əlaqədar 2023-cü ildə Ali Məclisin müvafiq fərmanı ilə müvəqqəti  subsidiya qaydası təsdiq olunub. Bununla yanaşı struktur islahatları hazırlanıb, hazırda isə  elektron kənd təsərrüfatı  informasiya sisteminə keçid  işlərinə başlanılıb.

Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə veriləcək subsidiya əmsalları ilə bağlı yeni qərarlar qəbul edildiyini qeyd edən nazir müavini bildirib ki, nazirlik tərəfindən respublikanın yerləşdiyi ərazi, strateji əhəmiyyəti, kənd təsərrüfatı istehsalçılarının mövcud vəziyyəti nəzərə alınaraq muxtar respublikada subsidiyaların verilməsində fərqli yanaşmanın tətbiqi ilə bağlı müvafiq təkliflər verilib. Qeyd olunan məsələ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirə edilib və müsbət nəticə əldə edilib. Belə ki, yeni qəbul olunmuş qərara əsasən  respublikanın digər bölgələrində 1 hektar alma bağına 11 min manat subsidiya hesablanırsa, qeyd olunan məbləğ muxtar respublikada  32 min 200 manatı təşkil edir. Eyni zamanda 1 hektar armud bağına  respublikanın digər bölgələrində 8 min manat subsidiya hesablanırsa, bu məbləğ muxtar respublikada 25 min 200 manatı təşkil edir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tural Haqverdiyev müvafiq qərara əsasən ödəniləcək subsidiya məbləğləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan, üzüm bağları üçün məbləğ 8 min manatdan 14 min 700 manata, fındıq bağları üçün 4 min 400 manatdan 8 min 50 manata, şaftalı, nektarin və ərik bağları üçün 4 min manatdan 24 min 500 manata, püstə bağları üçün 4 min 500 manatdan 6 min 300 manata, badam bağları üçün 3 min 500 manatdan 7 min 350 manata, qoz bağları üçün isə 3 min 300 manatdan 5 min 600 manata artırılıb. Həmçinin qərarda tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilərin 1 hektarına 1000 manat məbləğində subsidiyanın  verilməsi də yer alıb.

Diqqətə çatdırılıb ki, yeni qəbul olunmuş qərarda fərqli tələblər də mövcuddur. İstehsalçılar çalışmalıdırlar ki, yeni bağ salarkən ərazinin dəniz səviyyəsindən müvafiq hündürlükdə yerləşməsini, torpağın elektrik keçiriciliyinə dair tələblər, əkiləcək tinglərin sayını və sertifikatlı olmasını, o cümlədən müasir suvarma sistemlərinin tətbiqini diqqətdə saxlasınlar. Nəticə etibarilə tələblərə riayət edən əkinçilər daha yüksək məbləğdə subsidiya alacaqlar.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb,istehsalçıların sualları cavablandırlıb.

Həmin gün Şərur və Sədərək rayonlarında da tədbirlər keçirilib. Analoji tədbirlərin muxtar respublikanın digər bölgələrində də keçirilməsi davam etdiriləcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri