“KTZ Express” və “Yixinou” Orta Dəhlizlə daşımaların həcmini artırmaq niyyətindədir
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın "KTZ Express" SC ("Kazakhstan Temir Joly” (KTJ) şirkətinin törəmə strukturu) və Çinin “Yixinou Trading Service Group Co. Ltd” (“Yixinou”) şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə konteyner daşımalarının inkişaf perspektivlərini müzakirə ediblər.
Bu barədə “Report” KTJ-yə istinadən xəbər verir.
"Astanada “KTZ Express”in rəhbərliyi ilə “Yixinou” nümayəndələri arasında görüş keçirilib. Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinə TBNM ilə konteyner daşımalarının inkişaf perspektivləri əsas müzakirə mövzusu olub", - məlumatda qeyd olunur.
KTJ-nin məlumatına görə, strateji mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində beynəlxalq logistika və ticarətin əsas mərkəzi olan Çinin Çjetsyan əyalətindən daşımaların həcminin artırılması məsələlərinə xüsusi diqqət yetirilib.
"Danışıqların sonunda strateji əməkdaşlığa dair saziş imzalanıb. Sənəd konteyner daşımalarının həcminin artırılması və əsas marşrutların inkişafı ilə bağlı birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur", - məlumatda bildirilir.
“Yixinou” Çin-Avropa marşrutunda konteyner qatarlarının logistika platformasının yeganə özəl operatorudur.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır.
Baxış sayı:117
Bu xəbər 14 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















