Kuba ABŞ a meydan oxudu: “Hücum olsa, qan gölü yaranar”
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kubanın Xarici işlər naziri Bruno Rodriguez Parrilla ABŞ-nin Kubaya mümkün hərbi müdaxiləsinin böyük humanitar fəlakətə səbəb olacağını bildirib.
Bakupost.az xəbər verir ki, o, “X” hesabında paylaşdığı açıqlamada belə bir addımın həm Kuba, həm də ABŞ vətəndaşlarının həyatı bahasına başa gələ biləcəyini vurğulayıb.
Rodriges qeyd edib ki, ABŞ kimi supergücün özünə heç bir təhlükə yaratmayan kiçik ada ölkəsinə qarşı hücum planlaması üçün “ən kiçik bəhanə belə yoxdur”. Nazir bildirib ki, bəzi siyasətçilər şəxsi siyasi məqsədləri naminə insan həyatını riskə atırlar.
Məsələ Donald Trampın son açıqlamalarından sonra yenidən gündəmə gəlib. Tramp Kubanın ABŞ-dən yardım istədiyini bildirərək Havana ilə danışacaqlarını demiş, həmçinin “İrandan sonra Kuba məsələsi ilə məşğul olacaqlarını” açıqlamışdı.
Röya Rizvanzadə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 May 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















