Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Kubada üçüncü gündür davam edən kütləvi etiraz aksiyaları zamanı etirazçılar inzibati binaları və mağazaları dağıdır.
APA xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalar ölkədə yaranmış enerji və ərzaq böhranı fonunda baş verir.
Məlumata görə, etiraz iştirakçıları ölkənin bir neçə regionunda hakim Kommunist Partiyasının yerli şöbələrini dağıdıblar. Gərginliyin artmasına elektrik enerjisinin mütəmadi kəsilməsi və əsas ərzaq məhsullarına çıxışın kəskin məhdudlaşması səbəb olub.
Kubanın Daxili İşlər Nazirliyi baş verən iğtişaşlarla əlaqədar ən azı beş nəfərin saxlanıldığını bildirib. Hakimiyyət açıq itaətsizlik və iğtişaşların qəti şəkildə qarşısının alınacağını bəyan edib.
Prezident Migel Dias-Kanel bildirib ki, hökumət vətəndaşların ümidsizliyini anlayır, lakin zorakılıq və vandalizmə yol verilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 15 Mart 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















