Icma.az
close
up
RU
Kubanın iflasına az qalıb: Nə neft var, nə pul...

Kubanın iflasına az qalıb: Nə neft var, nə pul...

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Hazırda Kubada qorxu və ümidsizlik əsas emosional vəziyyətə çevrilib. ABŞ Prezidenti Donald Tramp tərəfindən neftin tədarükünə qoyulan qadağa ölkəni dərin böhrana sürükləyib.

AZƏRTAC xəbər verir ki, neft Kuba iqtisadiyyatının fəaliyyəti üçün həlledici rol oynayır, lakin ölkənin öz neft ehtiyatlarının tükəndiyi bir vaxtda həyati vacib yanacaq tədarükünü təmin etməyə hazır olan müttəfiqlər də qalmayıb. Danimarkanın “Ekstra Bladet” qəzetinin yazdığına görə, bir çox məktəblərdə dərslər dayandırılıb, müəllimlər və şəxsi heyət məzuniyyətə göndərilib, turistlərin olmaması səbəbindən boş qalan hotellər bağlanmağa məcbur olub, adada beynəlxalq uzun uçuşlar üçün kifayət qədər yanacaq olmadığından Rusiya və Kanadadan reyslər ləğv edilib.

Bir sıra ölkələr ciddi böhranla üzləşən və iqtisadiyyatı əsasən turizmdən asılı olan Kubaya səfərlərin arzuolunmaz olduğu barədə vətəndaşlarına xəbərdarlıq edib.

Paytaxt Havana sakinləri elektrik enerjisinin növbəti dəfə kəsiləcəyi qorxusu ilə yaşayır və gündəlik həyatın çətinlikləri ilə üzləşirlər.

Uzun illərdir kommunist hakimiyyətinin ölkəni iqtisadi kollaps vəziyyətinə saldığı Kubaya qarşı ABŞ hökuməti xüsusi sərt mövqe tutub.

Bazar ertəsi Donald Tramp bildirib ki, ABŞ Dövlət katibi Marko Rubio Kuba iqtisadiyyatının yenidən dirçəlməsi istiqamətində səylər çərçivəsində bu ölkənin əsas vəzifəli şəxsləri ilə danışıqlar aparacaq.

“Nə neft var, nə pul – heç nə!”, – deyə Prezident Tramp bildirib.

Kuba əsilli amerikalı və ölkədəki kommunist rejimin qatı tənqidçisi olan Rubio bildirib ki, o, yalnız kommunist rejimin hakimiyyətdən nə vaxt gedəcəyi məsələsi müzakirə olunacağı halda, Kuba tərəfi ilə danışıqlar aparmaq niyyətindədir.

Bununla belə, “Ekstra Bladet” qəzeti qeyd edir ki, bunun baş verib-verməyəcəyi ilə bağlı böyük qeyri-müəyyənlik var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 04:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri