Icma.az
close
up
RU
Küçə itlərinin yaratdığı təhlükə Ondan necə XİLAS OLMALI...

Küçə itlərinin yaratdığı təhlükə Ondan necə XİLAS OLMALI...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar paytaxtın bəzi qəsəbə və kənlərində, həmçinin, bölgələrdə sahibsiz küçə itlərinin sayı yenidən artıb. Bu isə həmin ərazidə yaşayan sakinlər üçün ciddi problemə çevrilib. Narahatlıq yaradan məsələ isə yalnız insanların təhlükəsizliyilə bağlı deyil, eyni zamanda quduzluq kimi xəstəliklərin yayıla bilmək ehtimalıdır.

Sosioloq Yusif Nəbiyev Modern.az saytına bildirib ki, küçə itlərinin toplanması, qısırlaşdırılması və ya "zərərsizləşdirilməsi" (yəni, öldürülməsi) kifayət qədər fərqli emosional reaksiyalara səbəb olan bilər. Bu, təkcə təhlükəsizlik və sağlamlıq problemi deyil, həm də humanizm, hüquqi baza, dövlət qurumlarının funksionallığı kimi bir çox mövzu ilə də birbaşa əlaqəlidir.  

“Hər şeydən öncə bilinməlidir ki, küçə itləri quduzluğun yayılmasında əsas mənbədir və bu xəstəlik insan həyatı üçün kifayət qədər təhlükəlidir. Hətta ölümcül belə ola bilir. Bundan əlavə, pişiklər və itlər sidik və nəcisləri vasitəsilə torpağa və suya parazitlər yayırlar. Bu isə uşaqları, yaşlıları və immuniteti zəif olan insanları risk altına qoyur. Hələ anidən itlərlə qarşılaşmağın uşaqlarda və yaşlılarda yarada bildiyi qorxu, travma və fobiya da ağırdır”.

Müsahibimiz deyib ki, bu vəziyyətdən aidiyyəti qurumlar da xəbərdardır. Lakin bəzi ölkələrdə, o cümlədən Azərbaycanda, sahibsiz heyvanlarla bağlı hüquqi mexanizmlər ya yoxdur, ya da qeyri-effektivdir. Onlara qarşı hansı hərəkətlərə yol verilə bilər, hansına yol verilə bilməz, bunlar aydın deyil.

“Üstəlik, bu məsələyə cavabdeh olan bələdiyyələr və yerli idarələr belə görüləcək tədbirlərə büdcə ayırmaqda istəksizdirlər. Əllərində limitli resurs olduğundan, onu  daha təcili və ciddi hesabatlılığı olan yönə xərcləməkdə maraqlıdırlar”.

Sosioloq söyləyib ki, heyvansevərlərin təzyiqi səbəbilə bəzi qurumlar itləri zərərsizləşdirməkdən çəkinirlər.
“Bəzən bu halların videoları sosial şəbəkələrdə yayılır və qurum və ya onun işçiləri ciddi linç təhlükəsi ilə üz-üzə qalırlar. Təbliğat, sterilizasiya və qısırlaşdırma proqramları, çipləmə, sığınacaq sistemi kimi mexanizmlər ya yoxdur, ya da sadəcə formal olaraq var. Buna görə də heç bir qurum tam olaraq nə etməli olduğunu bilmir”.

Yusif Nəbiyev vurğulayıb ki, bəzi  insanlarda  maraqlı bir paradoks var: əksəriyyət bu itlərdən narazıdır, amma eyni zamanda "heyvan hüquqları" adı altında tədbir görülməsini də istəmir, necəsə daha "humanist" həll yolu istəyirlər.
“Yəni vətəndaşlarımız cəmiyyət olaraq bu barədə bir növ etik dilemma qarşısındadır. Həm heyvanın zərər görməsini istəmirlər, həm də onların yaratdığı təhlükələrin aradan qalxmasını istəyirlər.

Hər şeydən öncə, heyvan hüquqları və ictimai təhlükəsizlik arasında balans tapılsın. Hüquqlar harda bitir, harda başlayır, dəqiq qanunvericiliklə tənzimlənsin. Daha sonra isə maarifləndirmə və təbliğat layihələri ilə ictimai rəy də düzgün istiqamətdə yönləndirilsin. Yalnız bundan sonra sahibsiz heyvanlarla bağlı konkret milli strategiya hazırlansın. Sterilizasiya, çipləmə və vaksinasiya proqramları həyata keçirilsin. Lazım olarsa, müəyyən periodlarla qısırlaşdırma işləri görülsün və bələdiyyələrə bu sahədə konkret səlahiyyət və məsuliyyət verilsin.”- deyə, o vurlulayıb.
Zərif Sofiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri