Kuleba: Ukrayna ya AB yə qoşulacaq, ya da “Rusiyanın dünyası”nın bir hissəsi olacaq”
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ukrayna AB-nin bir hissəsi olacaq və növbəti onilliklərdə orada olmalıdır”
“Ukrayna üçün ayrı bir yol yoxdur. Ona görə də ya Avropa Birliyinə qoşulacaq, ya da "Rusiya dünyası”nın bir hissəsi olacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba bunu "Ukrainska Pravda"ya verdiyi müsahibədə deyib.
"AB həqiqətən sivilizasiya seçimidir. Ayrı bir Ukrayna yolu yoxdur. Biz ya “Rusiya dünyası”nda olacağıq, ya da “Avropa dünyası”nda. Vəssalam, orta yol yoxdur ", - deyə vurğulayıb.
Kulebanın sözlərinə görə, Ukrayna AB-nin bir hissəsi olacaq və "növbəti onilliklərdə" orada olmalıdır.
Sabiq nazir hesab edir ki, bu, ölkə üçün "bərpa vasitəsi", eləcə də "vazifəsi sadəcə birinci dünyanın şıltaqlıqlarını yerinə yetirmək olan üçüncü dünya gücü deyil, orta güc olmaq üçün yeganə real şans" olacaq.
"Bizim üçün orta güc olmağın yeganə yolu AB-nin bir hissəsi olmaqdır", Kuleba əlavə edib və bildirib ki, "biz milli qüruru alçaltmayacağıq. Biz mütləq böyük və müstəqil olacağıq, amma indi yox".
Lakin o vurğulayıb ki, Ukrayna "müttəfiqlikləri qoruma və inkişaf vasitəsi kimi düşünməyi dayandırmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















