Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Küləklərə qoşulub gedən rəssam

Küləklərə qoşulub gedən rəssam

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tofiq Cavadov – 100

Onun ömrü küləklərlə həsbi-halda keçib. Abşeronun, Xəzər sahilinin xəzrisi, gilavarı yol yoldaşı, rəsmlərinin “baş qəhrəmanı”, elə taleyinin də son uğurlayıcısı olub. Rəssam Tofiq Cavadovun tablolarında dəli rüzgarlar dil açıb danışıb, gah həzin nəğməsi, gah qorxunc vıyıltısı ilə “Mən də varam” deyib...

Tofiq Mirhaşım oğlu Cavadov (Mircavadov) 7 fevral 1925-ci ildə küləklər şəhəri Bakıda anadan olub. Sovet Ordusunda hərbi xidmət keçdikdən sonra, 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində oxuyub. Burada Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub Hüseynov və Baba Əliyev kimi tanınmış rəssamlardan dərs alıb. Cavadovun sənət yolu 1950-ci illərin 2-ci yarısından neorealizm mərhələsi ilə başlayıb. Onun bu dövrə aid əsərləri əsasən neft və ağır sənayeyə həsr olunmuşdu. “Neftçilər”, “Sənaye mənzərəsi”, “Operator qız”, “Neftçi”, “Poladəridən sexdə” və “Poladəridənin portreti” tabloları həmin illərin məhsuludur.

Rəssamın təxminən 30 yaşından sonrakı yaradıcılığını bir növ Buzovna dövrü adlandırmaq olar. Bu mərhələdə o, “ Buzovnada küçə”, “Kənd mənzərəsi”, “Buzovna aşırımı” və digər gözəl mənzərələrini yaradıb, “Avtoportret” əsərini çəkib. Bir ara “Göyərçin” uşaq jurnalının bədii tərtibatı ilə məşğul olub.

Yazıçı-publisist Sara Oğuz Nəzirova yazırdı ki, Tofiq Cavadov keçən əsrin 50-ci illərinin sonunda Azərbaycan incəsənətinə qəfil əsən külək kimi daxil olmuşdu. “Onun şaqraq rənglərinin ekspressiyası, durğunluğu, kəsafəti qovan külək təzəliyi, təravəti ilə təsviri sənətimizə həkk olunmuşdu. Nikbin akkordlarla çağlayan, bəzən qələbə marşı, bəzən də bütöv bir simfoniya tək səslənən rəngkarlıq dünyası ilə mədəniyyətimizin, təbiətimizin, həyatımızın ümdə qatlarına sirayət etməyə çalışmışdı. Duyğusuna, mövzu seçiminə görə Tofiq Cavadov Azərbaycanın ən realist rəssamıdır desək yanılmarıq. Sözün əsl mənasında sevimli Abşeronunun qaynar təbiətinin, Qara şəhər, Ağ şəhər – Bakı mənzərəsinin, Sumqayıt sənaye səltənətinin sərt, dəmir-polad qüdrətinin məğzini verməkdə heç kəslə müqayisəolunmaz, əvəzsiz sənətkardı. XX əsrin Azərbaycan paytaxtının ən dəqiq, yaşarı obrazını tutmaq məhz Tofiq Cavadovun yaradıcılığına nəsib olub desək, mübaliğə etmiş olmarıq. Özü də necə?! Ən müasir, təkrarolunmaz, rəssamın mücərrəd, fiqurativ obrazlarla ifadə etdiyi reallıq”.

Ondan 2 yaş böyük olan qardaşı Mircavad, 2 yaş kiçik olan xalası oğlu Rasim Babayev tanınmış rəssamlar olublar. Həyat yoldaşı Validə Sarıcalinskaya ilə rəssamlıq məktəbində bir yerdə oxuyub. Heykəltəraş Fazil Nəcəfov da onların nəslindən idi.

Mircavad Tofiqin neorealist üslubda çəkdiyi sənaye yönümlü rəsmlərini bəyənmirmiş. Yəni aralarında sənət qütbləşməsi varmış. Amma bir gün Mircavad qardaşının emalatxanasına baxarkən molbertdə yarımçıq qalmış tablonun təsirindən şaşırmışdı: Əncir ağacının budaqlarından yapışmış, çovğunda çabalayan qadınların paltarlarını xəzrinin vıyıltısı göyə sovururdu. Qadınların əlləri budaqlarda güclə davam gətirirdi. Sanki onları axirət küləyi ağuşuna almışdı. Mircavad evə dönərək anasına deyib ki, gör, oğlun nə yaradıb! O tablo yox, rekviyemdir!

Təəssüf ki, sonralar sənətşünasların “Külək” adlandırdıqları həmin yarımçıq monumental əsər Tofiqin kətan üzərində küləklə son dialoqu olub. Sənətə təzəlik gətirən, yaradıcı ruhu oyadan, əsərlərinin baş qəhrəmanı olan külək rəssamın tale qəzavatına dönüb, acı dolu qasırğa törədib: Tofiq Cavadov 1963-cü ilin avqust ayında, 38 yaşında Moskva–Serpuxovo elektrik qatarında bir vaqondan digərinə keçərkən küləyin təsirindən büdrəyərək ara sahəyə yıxılıb və həyatını itirib.

Qəribədir ki, “Avtoportret” əsərində rəssam öz fərdi obrazını da küləyin təcavüzü ilə bir kompozisiyaya daxil edibmiş. Hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanılan, özünü motosikletin sükanından yapışmış halda çəkdiyi portreti ora gedən hər kəsin diqqətini cəlb edir. Rasim Babayevin gəzinti zamanı çəkdiyi bir fotoda da Tofiq küləklə əlbəyaxa halda təsvirlənib. Elektrik dirəyi, təzə əkilmiş tinglərin düzüldüyü təpənin fonunda dayanmış Tofiqin qoyun-qoltuğunu külək doldurub. O, qiyamət qoparan küləyin qabağında güclə durur. Yenə də külək...

Ölümündən 2 ay sonra açılmış ilk və yeganə fərdi sərgisinin ekspozisiyası – 50 əsəri gələcəyin necə böyük bir rəssamının əldən və eldən getdiyini bəlirlətdi. Təsəllimiz budur ki, rənglərinin ekspressiv dinamikası, tablolarının parlaq təsiri sayəsində Tofiq Cavadov təkcə keçən əsrin deyil, bu günün də rəssamı kimi ürəklərdə yaşayır.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri