Kun Aquero: “Lamin Yamal Messi və Mbappedən üstündür”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Barselona” futbol komandasının gənc vingeri Lamin Yamalın göstərdiyi oyun futbol dünyasının ən böyük əfsanələrini belə təəccübləndirməkdə davam edir.
Artıq 18 yaşı olan futbolçu nəinki müasir futbolun ulduzuna çevrilib, həm də Lionel Messinin təbii varisi kimi görülməyə başlayıb.
İdman.Biz “GOAL” nəşrinə istinadla xəbər verir ki, Messinin sabiq komanda yoldaşı Serxio Kun Aquero Yamalın istedadını yüksək qiymətləndirib.
Onun fikrincə, Lamin ən çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığına malikdir və hazırkı səviyyəsi onu elitanın zirvəsinə qoyur.
“Bir çox insan onu başqaları ilə müqayisə edir, amma mənim təcrübəmə görə, o, ən yaxşılardan biridir. Onun hərəkətləri, ötürmələri, driblinqi və çevikliyi qeyri-adidir; bunu əvvəllər yalnız Leo Messi edirdi. Debütünü görəndə nitqim qurumuşdu, onda nadir rast gəlinən istedad var”, - deyə Kun söyləyib.
Aquero həmçinin gənc ulduzu Kilian Mbappe ilə də müqayisə edib:
“Bu gün mənim üçün heç bir müqayisə yoxdur: Lamin bir çoxlarından üstündür. Bəlkə Mbappe hazırda oradadır, onun üslubunu bilirik: təkbətək mübarizədə aqressivdir və yaxşı bitiricidir. Amma Laminin az adamda olan bir xüsusiyyəti var. Onun qısa ötürmələrini və qərar qəbuletmə qabiliyyətini bəyənirəm. Lamini saxlamaq çox çətindir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Aprel 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















