Icma.az
close
up
RU
“Kupça”sız Azərbaycan Əmlakın var, amma sənin deyil paradoksu

“Kupça”sız Azərbaycan Əmlakın var, amma sənin deyil paradoksu

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan vətəndaşlarının illərdir üzləşdiyi əsas sosial-iqtisadi paradokslardan biri “kupça”sız evlər problemidir. Hazırda ölkədə yarım milyon Azərbaycan vətəndaşı evinə, torpağına “kupça” alacağı günü gözləyir. Bu absurd vəziyyət hələ də milyonlarla insanın hüquqi sabitliyini sual altına qoyur.

Prezident İlham Əliyev “kupça” problemini dəfələrlə gündəmə gətirib. O, 2019-cu ilin dekabrında çıxışında açıq şəkildə demişdi:

““Kupça”sız evlərə görə insanlar əziyyət çəkirlər. Biz bu məsələnin həllində çox çevik olmalıyıq... Hər bir vətəndaşın əmlakı rəsmiləşdirilməlidir!” pizza sifarişi

Bu çıxışdan az sonra, 2020-ci il martın 4-də Prezident “Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, qeyri-rəsmi tikililərin və torpaq sahələrinin sənədləşməsi üçün yeni mexanizmlər tətbiq edilməli idi. Amma...

Bu gün, 2025-ci ilin iyuluna kimi həmin fərmanın icrasına dair real nəticələr hələ də cəmiyyətə hiss etdirilmir. Hələ də milyonlarla insan evində yaşayır, amma çıxarışı, yəni “kupça”sı yoxdur.

Rəsmi hesablamalara görə, hazırda ölkədə 1.2 milyondan çox yaşayış və qeyri-yaşayış sahəsi “kupça”sızdır. Bu, daşınmaz əmlakların 30 faizindən çoxudur.

Əmlak vergisi “kupça”ya əsasən hesablandığı üçün bu o deməkdir ki, dövlət hər il 100 milyonlarla manat vergi gəlirindən məhrum olur.

Azərbaycan Dövlət İqtisad Universitetinin ekspertlərinin hesablamasına görə, əgər bütün daşınmaz əmlak “kupça”lanarsa, dövlət illik minimum 250 milyon manat əlavə gəlir əldə edə bilər. Bu, təxminən 5 rayonda infrastruktur layihələrini maliyyələşdirmək üçün kifayət edər.

“Kupça” problemi təkcə sənəd deyil, həm də hüquq və təhlükəsizlik məsələsidir. “Kupça”sız ev hüquqsuz və zəmanətsiz evdir. Heç bir bank “kupça”sız evə kredit vermir. Heç bir məhkəmə “kupça”sız evə hüquqi toxunulmazlıq tanımır. Və heç bir sığorta şirkəti belə evləri etibarlı sayıb sığortalamır. Hələ bu azmış kimi, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və tikinti mafiyasının maraqları üst-üstə düşəndə “kupça”sız evin sökülməsi an məsələsi olur.

Əmlak Məsələləri Dövlət Xidmətinin əsas funksiyası daşınmaz əmlakın qeydiyyatı, “kupça”ların verilməsi, torpaq islahatları və əmlak idarəçiliyidir. İllərdir “elektron xidmət”, “sadələşdirilmiş prosedur” adı altında yüzlərlə kampaniya keçirilsə də, milyonlarla vətəndaşın “kupça” problemi həllini tapmayıb.

Əmlak Məsələləri Dövlət Xidməti 2020-ci ildən İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Xidmət İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləndən sonra gözləntilər vardı ki, ortaya sistemli yanaşma qoyulacaq. Çox təəssüf ki, hələ də bu gözləntilər doğrulmayıb.

“Kupça” məsələsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də keçir. Bu dövlət orqanı tikinti sənədlərinin və planlarının təsdiqi məsələlərinə cavabdehdir. Yeni tikililərin çoxunun “kupça”sız qalmasında bu qurumun “bürokratiyası” və qeyri-şəffaf mexanizmləri də müstəsna rol oynayır.

Əhalinin çoxu torpaq alqı-satqısını bələdiyyə aktı ilə həyata keçirir. Amma bu sənəd yalnız bələdiyyə səviyyəsində keçərlidir. Dövlət qeydiyyatı olmadığı üçün “kupça” verilmir.

Bəzi hallarda bələdiyyə torpağı adlandırılan sahələr 10-15 il öncə özbaşına satılıb, bu gün bu ərazilərin sənədləşdirilməsi də bu səbəblə aparılmır.

“Kupça” məsələsi təkcə bir sənədin yoxluğu deyil. Bu, vətəndaşın dövlətə inamının yoxluğu, hüquqlarının pozulması və iqtisadi ədalətsizliyin göstəricisidir. Prezidentin sərəncamları nəhayət ki, tətbiq olunmalı, xalqın “kupça” haqqı gerçəkləşməlidir.

Əgər dövlət orqanları bir evin hüquqi statusunu 20 ilə həll edə bilmirsə, hansı inkişafdan danışmaq olar? Əmlak varsa, əmlaka dair sənədi də dövlət vətəndaşa təqdim etməlidir. Vətəndaş varsa, hüququ da tanınmalıdır./Musavat.com


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri