Icma.az
close
up
RU
“Kupça”sız evlər necə satılır?

“Kupça”sız evlər necə satılır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda təxminən 400 mindən çox sənədsiz fərdi yaşayış evi var. 

Rəqəmlər illərdir artsa da, problem dəyişməz olaraq qalır. Qeyd edək ki, “kupça” verilməsə də, həmin evlərin əksəriyyətinin sahiblərində yalnız bələdiyyələrin verdiyi sənəd var. Satış zamanı həmin evlərin sənədi olaraq əsasən etibarnamə təqdim edilir. 

Eləcə də sənədsiz olan evlərin demək olar ki, əksəriyyəti kommunal xidmətlərə malikdir. Bəs “kupça”sız evlərin sakinləri etibarnaməni necə əldə edir və kommunal xidmətlərə dair sənədlərin evi alan şəxsin adına hansı yolla keçirilməsi mümkündür? 

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, sənədsiz evləri vətəndaşlar etibarnamə ilə satırlar: 

“Eləcə də qarşılıqlı yazılı ərizə, öhdəlik ərizəsi və yaxud sayğacları alıcının adına keçirməklə, alıcını qeydiyyata salmaqla evi satır. Ortada rəsmi sənəd olmadığına görə, hər kəs bildiyi bir formada bir evi digərinə satır. Bəzi vətəndaşlar memarlara layihə çəkdirirlər, bu layihədə sadəcə alıcının adını yazırlar ki, sifarişçi bu şəxsdir. 

Onu vətəndaşa texniki pasport adı ilə o formada satırlar. Halbuki bu, tamamilə əsassızdır. Hər hansı bir memarın çəkdiyi layihə rəsmi sənəd deyil, sifariş üçün çəkilmiş sənəddir. Etibarnaməni notarius verir. Sadəcə onlar notariusa sənəd göstərə bilmirlər. İstənilən vətəndaş istənilən şəxsə etibarnamə verə bilər. Ancaq əslində etibarnamə veriləndə hansısa sənəd üzərində verilməlidir. 

Burada ortada sənəd də yoxdur”. 

Kommunalların çəkilişinə gəldikdə isə ekspert deyir ki, 2023-cü ilin oktyabr ayından etibarən çıxarışı olmayan evlərə kommunikasiya xətləri çəkilmir: 

“Əgər evdə hazır kommunikasiya varsa, ev sahibi bələdiyyədən vergi şəhadətnaməsi ala bilirsə, onun əsasında kommunikasiyanı qarşı tərəfin adına keçirilə bilər. Əks təqdirdə mümkün deyill, kommunal xidmətlər əvvəlki şəxsin adında qalacaq. Əgər sənəd varsa,  “ASAN Kommunal” və yaxud kommunal üzrə müvafiq qurumların işçiləri sənədin digər şəxsin adına keçməsinə kömək edə bilərlər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:387
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri