Icma.az
close
up
RU
“Kupça”sız evləri belə sığortalanır: AÇIQLANDI

“Kupça”sız evləri belə sığortalanır: AÇIQLANDI

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ölkəmizdə “kupça”sız evlərin sayı kifayət qədərdir. 

Paytaxtla yanaşı bölgələrdə, o cümlədən kəndlərdəki evlərin bir çoxunun çıxarışı yoxdur. 

“Kupça”nın olmaması isə həmin evlər üçün daha bir problem yaradır. Belə ki, kənd evlərinin bir çoxunun “kupça”sı olmadığına görə, o evlər sığortalanmır. Hər hansı hadisə baş verdikdə həmin ailə heç bir sığorta haqqı ala bilmir. 

Ümumiyyətlə, kəndlərdəki “kupça”sız evlər sığortalana bilərmi? 

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, kənd evlərinin əksəriyyətində çıxarış yoxdur: 

“Ancaq kənd icra nümayəndəliyi və yaxud bələdiyyələrdə hər bir mənzillə bağlı məlumat var. Bakıda, Abşeronda həyət evlərinin sığortalanmaması isə onunla bağlıdır ki, əksəriyyətinin torpaq sahələri digər təyinatlıdır. 

Yəni bu, mülkiyyət hüququnun verilməsinə imkan vermir. Ancaq sığorta qanunvericiliyinə də müəyyən dəyişiklik olunmasına ehtiyac var. Bu gün çıxarışların olmaması səbəbindən əmlaklar sığortalana bilmir. 

Həmçinin sığorta sahəsi, sənədsiz evlərin sığortalanması səbəbindən öz qazancını itirir. Bu baxımdan, kənd evlərini vətəndaşlar istəsələr sığortalada bilərlər. Kənd icra nümayəndəsi və yaxud bələdiyyə sığortaya arayış verir ki, həqiqətən də filan kəndə filan ünvandakı mənzil filankəsə məxsusdur və bizim bizim arxivimizdə onun adı qeydə alınıb. Yəni mənzil bu formada sığortalana bilər”. 

Dövlətin hansı halda vətəndaşa dəymiş zərəri ödəməsinə gəldikdə isə ekspert deyir ki, vətəndaşın sığortası olmasa da hansısa bir təbii fəlakət, su basması, sel, daşqın, kütləvi yanğın səbəbindən evlərə zərər dəyərsə və bu artıq fövqəladə hal kimi qeydə alınarsa, dövlət ona kompensasiya ödəyir. Əks təqdirdə, fərdi şəkildə ödəmir. 

Ekspertin sözlərinə görə, kənd evlərinə “kupça” verilməsi asandır: 

“Çünki kənd evlərinin hamısı bir vaxtlar rayon icra hakimiyyəti, kolxoz, sovxoz tərəfindən fərdi yaşayış evlərini tikintisi üçün ayrılmış torpaq sahələrində tikilib. Bu gün bölgələrə axın yoxdur. Əksinə böyük şəhərlərə axın var. Ona görə Bakıdakı problem oraya daşınmayıb. Buna görə də istəsələr o evlərə çıxarış verə bilərlər. Onunla ərazi üzrə regional və yaxud rayon əmlak xidmətləri məşğul olmalıdır. 

Rayon icra hakimiyyətinin rolu olsa da təbii ki, çıxarış verən əsas qurum deyil”. Azərbaycan Sığortaçılar Assosiasiyasından sorğumuza cavab olaraq bildirilib ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şəhadətnaməsinin tərtib olunması üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın seriya və nömrəsi tələb olunur: 

“Bu çıxarış olmadığı təqdirdə isə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslara dair sənədin, yəni tikilinin mülkiyyət hüququnu rəsmi şəkildə təsdiq edən hər hansı bir sənədin adı, nömrəsi və verilmə tarixi ilə bağlı məlumatların olması da kifayət edir ki, daşınmaz əmlakın icbari sığortalanması mümkün olsun”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

 

Açar sözlər: Kupça sığorta Elnur Fərzəliyev Azərbaycan Sığortaçılar Assosiasiyası

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri